Xəbər lenti
ReAL seçki tələbi ilə imza toplayacaq: İlqar Məmmədov detalları AÇIQLADI
"ReAL partiyası 33 və 35 saylı Xətai seçki dairələrinin ərazisində seçki tələbi ilə imza toplayacaq".
Bunu partiyanın sədri İlqar Məmmədov "Facebook" səhifəsində yazıb.
O bildirib ki, bu və bir neçə başqa dairələrin nəticəsi 2 il əvvəl ləğv olunub:
“Konstitusiya deputat sayını 125 kimi göstərsə də, 2 ildir Konstitusiya pozulmuş durumdadır – cəmi 120 təmsilçi var. Bəzi ölkələrdə parlamentdə üzvlük müddəti cəmi 2 ildir, bizdə isə 200 min seçici 2 ildən çoxdur təmsilçisiz qalıb”.
Partiya sədri imza toplanması prosesinə də toxunub:
"Nəzəri baxımdan dairədə qalib olmaq üçün 1 səs də kifayət edir. Yəni 40 min seçicidən cəmi 1 nəfər gəlib kiməsə səs versə, o şəxs deputat sayılır. Amma nəzəri norma ilə məhdudlaşmadıq, faktiki mənzərəyə baxdıq. Son seçkidə, yəni 2020`ci ilin fevralında ölkədə ən az səslə qalib gələn deputat bütün seçicilərin 5,65 faizinin səsini qazanıb.
Nisbətdə, 33 saylı Xətai Seçki Dairəsi üçün bu 2690 səs edir, 35 saylı dairə üçün isə 2205 seçici deməkdir. Yəni nəzəri-praktiki baxımdan seçilmək üçün minimum belədir. Bu rəqəmlər heç bir hüquqi məcburiyyət yaratmır, daha çox rəmzidir, amma siyasi yükə malikdir. Ona görə imza toplamanı onların üzərindən quracağıq. Daha 3 boş qalan dairədə hansısa partiya ya da ictimai qrup istəsə imza toplasın. Bizim aksiya son nəticədə onlar üçün də keçərlidir".
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar