Xəbər lenti
Ramiz Mehdiyevin həyat yoldaşı külli miqdarda borcu ödədi - Şəkil

Manevr.az yeniavaz.com-a istinadən xəbər verir ki, son 3 ay ərzində “Fireland Vineyards” MMC-nin vergi borcunun təxminən 1/3-i dövlət büdcəsinə ödənilib.
Belə ki, ötən ilin 11 oktyabr tarixində “Fireland Vineyards” MMC-nin dövlət büdcəsinə 451 min 128 manat 51 qəpik vergi borcu olub. Bu günə olan məlumata görə, “Fireland Vineyards” MMC-nin vergi borcu 125 min 601 manat 9 qəpik təşkil edir.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl “Fireland Vineyards” MMC-nin təsisçilərindən olan Mehdiyeva Qalina Yuriyevna ilə MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi olub.

Onu da qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan “Fireland Vineyards” MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub. “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. “Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar