Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əsgərlik dövrü əmək stajına niyə daxil edilmir? - Səbəb AÇIQLANDI

Tarix: 11-02-2022 14:38     Baxış: 4157 A- / A+


“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə qanunla təsdiq edilib. Həmin qanunda qeyd olunub ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qoşunlarında və orqanlarında həqiqi hərbi xidmətdə olduğu müddət qüvvədə olan qanunvericiliyə uyğun olaraq onların ümumi və fasiləsiz iş stajına və ixtisas üzrə iş stajına daxil edilir”.
Manevr.az apa-ya istinadən xəbər verir ki, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov həqiqi hərbi xidmət (əsgərlik) dövrünün sonradan əmək fəaliyyəti zamanı əmək qabiliyyətini itirənlərə müavinət hesablanarkən əmək stajına daxil edilməməsinin səbəbi ilə bağlı sualı cavablandırarkən deyib.
F. Heydərov bu məsələ ilə bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə və Əmək Məcəlləsi arasındakı uyğunsuzluğa diqqət çəkib:
“Ancaq Əmək Məcəlləsində əmək stajı və sosial sığorta anlayışlarından istifadə olunur. Eyni zamanda Əmək Məcəlləsinin 6-cı maddəsində qeyd olunur ki, Əmək Məcəlləsi hərbi qulluqçulara şamil edilmir. Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatların istifadəsi zamanı yalnız müvafiq iş yerində əmək stajı nəzərə alınır və əmək kitabçasında şəxsin əmək fəaliyyəti barədə məlumatlar qeyd olunur. Nazirlər Kabinetinin 189 nömrəli qərarında da qeyd edilir ki, əmək qabiliyyəti olmayanlara müavinət hesablanarkən sığorta haqqı tutulan dövrlər əmək qabiliyyətinin itirilməsi zamanı nəzərə alınan dövrlərdir”.
Qeyd edək ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Həqiqi hərbi xidmətin müddətləri dinc dövrdə təqvim hesabı ilə aşağıdakı kimi müəyyən edilib:
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:
– ali təhsili olanlar — 1 il;
– qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar