Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sabiq bank rəhbərinin əmlakı müsadirə edildi - Siyahı

Tarix: 11-02-2022 13:12     Baxış: 4137 A- / A+
           
Ləğv prosesində olan Zaminbank ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun əmlakları müsadirə olunub.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.
Belə ki, təqsirləndirilən şəxsin Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, 0,0804 ha torpaq sahəsi, Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi, Bakıda yerləşən daha bir mənzil, ailə üzvlərinin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, başqa bir yaşayış evi, “Cip Vranqler”, “Mersedes-Benz S500”, “Bentley Kontinental” və “Mersedes-Benz G63 AMG” markalı maşınları müsadirə edilib.
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovdur. O, N.İsmayılovdan 5 milyon manat tələb edir. Onun zərəri ödənilməyib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, 2016-cı ildən fəaliyyəti dayandırılmış Zaminbank ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş İsmayılov Nadir Əmir oğlu 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
Bundan başqa, N.İsmayılov 2012-2019-cu illərdə ayrı-ayrı vətəndaşların ümumilikdə 5 milyon 175 min manat məbləğində pul vəsaitini ələ keçirərək həmin şəxslərə qarşı dələduzluq edərək bilə-bilə saxta sənədlərdən istifadə edib.
İş üzrə toplanan sübutlar əsasında N.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar