Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Taksi sürücülərinin NƏZƏRİNƏ! - Yeniliklər olacaq

Tarix: 11-02-2022 08:53     Baxış: 4176 A- / A+
Ölkəmizdə taksi fəaliyyəti yeni qaydalar əsasında formalaşacaq. Bu Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda öz əksini tapıb.

Ekspertlərin fikrincə, yeni qaydalar bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər. Onların sözlərinə görə, yenilik sürücülərin gəlirinə də müsbət təsir göstərəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, pandemiya dövründə taksilərə tələbatın artması bu sahədə xaotik vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, qanunvericilikdə taksi fəaliyyəti ilə bağlı qaydalar tənzimlənməlidir. Ekspert bildirib ki, taksi şirkətlərinin sürücülərə diqtə etdiyi qaydalar bu sahədəki xidməti ictimai nəqliyyatdakı xidmətlər səviyyəsinə endirib.

Ekspert hesab edir ki, aqerqator, taksi xidmətinə cəlb edilən avtomobil və sürücü də qanunvericilikdə müəyyən ediləcək tələblərə uyğun olmalıdır. Ərşad Hüseynov qeyd edib ki, sürücülərin iş saatları ilə bağlı məsələ də ciddi nəzarətə götürülməlidir.

Şirkətlərin təyin etdiyi qiymətlərdən şikayətlənən sürücülər isə taksilər üçün xüsusi parklanma yerlərinin olmasını da arzulayırlar. baku.ws

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar