Xəbər lenti
Deputat sabiq prezidentin qızını istefaya çağırdı
Qazaxıstan parlamentinin aşağı palatasının hakim "Nur Otan" partiyasından deputatı Aydos Sarım ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin qızı, həmkarı Dariqa Nazarbayevanı istefa verməyə çağırıb.Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Orda" yayıb.
A.Sarımın sözlərinə görə, yanvarın 5-dən bu günə qədər həmkarı Dariqa Nazarbayevanı parlamentdə görməyib: "Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq, o, istefa verməlidir".
O qeyd edib ki, Qazaxıstanda yaranmış avtoritar sistemi birbaşa Nazarbayevanın adı ilə əlaqələndirirlər: "Cəmiyyətdə böyük inamsızlıq və narazılıq var ki, onu aradan qaldırmaq lazımdır. Bu, bütün dünyada siyasi cəhətdən istefa yolu ilə həll edilir. Bu, normal dünya praktikasıdır".
Xatırladaq ki, Dariqa Nazarbayevanın uzun müddətdir ölkə parlamentinin aşağı palatasının iclasına qatılmaması ciddi müzakirələrə səbəb olub. Belə iddia edilir ki, Nazarbayeva xəstə olduğundan iclaslara qatılmayıb. Onun xəstəliyinin nə olduğu açıqlanmayıb.
Qeyd edək ki, 58 yaşlı Dariqa Nazarbayeva Nursultan Nazarbayevin böyük qızıdır. O, 2004-cü ildən Milli Məclisin III və V çağırış deputatıdır. 2016-cı ildən 2020-ci ilə qədər parlament senatının millət vəkili olub. 2021-ci ilin yanvar ayından isə VII çağırış deputatıdır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































