Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Çingiz Abdullayevdən Rasim Məmmədovun həbsi ilə bağlı AÇIQLAMA - "Bu, mənim xoşuma gəlmədi"

Tarix: 10-02-2022 17:24     Baxış: 3246 A- / A+

Xalq yazıçısı Çingiz Abdullayev “ictimai nəzarət koalisiyası” adlı qurumun rəhbəri Rasim Məmmədovun həbsinə münasibət bildirib.
Manevr.az-ın məlumatına görə, Ç.Abdullayev konkret.az-a açıqlamasında bildirib ki, “Rasim Məmmədov həbs ediləndə mən Bakıda olmamışam. Onu bilirəm ki, məhkəmə olub. Hələlik onun barəsində 3 aylıq həbs qərarı seçilib. Mən dəqiq bilmirəm nə olub. Mən onun həbs videosunu görmüşəm, açığı desəm, xoşum gəlməyib. Nələrin baş verdiyini araşdırırıq”.
Qeyd edək ki, Ç.Abdullayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti, Rasim Məmmədov isə bu qurumun vitse-prezidentidir.
R.Məmmədov uzun illərdir ki, ölkənin ziyalılarını və sənət adamlarını bu və ya digər yollarla özünün nəzarətində olan təşkilatlara fəxri üzv kimi seçib müəyyən “dividend”lər qazanmağa çalışıb.
Təsadüfi deyil ki, bir müddət əvvəl R.Məmmədovun 55 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Flora Kərimova, Xalq artisti Niyammədin Musayev, tarzən Ramiz Quliyev, müğənni Sevda Kazımova və digər tanınmış şəxslər iştirak edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar