Sizin Reklam Burada
Xəbər lenti
26-12-2024
25-12-2024
BÜTÜN XƏBƏRLƏR

Zamanı təslim edən insan

Tarix: 10-02-2022 12:06     Baxış: 3238 A- / A+
                                 

Uğur qazanmağın sirri öz peşəni istirahətə çevirməkdən ibarətdir.
                                                                                            M.Tven

Görüşündən, söhbətindən mənən qazandığın insanlar olur. 
Hər sözdə, hərəkətdə, davranışda nələrsə tapırsan, öyrənirsən. Yararlanırsan. Fikrin, düşüncən yenilənir.
Yanaşmaların, həyata baxışın dəyişir. Baxış bucağın dəyişir. Görünən tərəflər çoxalır. Bəzən qısa cavabların uzun, bəzən uzun cavabların qıca olur. 

Görüşdən sonra üzündəki sevinc, xoşbəxtlik qazanc göstəricisinin əlamətidir. 
Boşluqlar dolan kimi...

Mizin üstündəki qalaq-qalaq vərəqlərdən, kitablardan güclə görünən bu uca boylu adamı işindən ayırmağa adamın ürəyi gəlmir. 
İnsanı sevdiyi işdən ayırmağın nə olduğunu bildiyindən tez görüşüb, ayrılmaq istəyirsən. Təsəlli adıyla. Gördüm, deyərək. 

Həyatın eniş-yoxuşunu görən, hədəfinə çatmağa düşünən və bunun üçün bütün günü çalışan, “elmdə 6 aylıq fasilə faciədir”, - söyləyən Rafiq Əliyev, hər uğurun yaxşı təhsildən keçdiyini deyir. Və bunun üçün çalışır. 
“Azərbaycanda yaşayıb başqa ölkələrdə işləyən” bu insan dünyanın harasında olmasından asılı olmayaraq, bəşəriyyət üçün, gələcək üçün tələbələr, alimlər yetişdirir.

Yeni ixtiralar, kəşflər etməklə, elmə yeni metod və üsullar gətirməklə, nəzəriyyələr verməklə Böyük Alim olmaq olaq, ancaq Böyük İnsan olmaq üçün gərək düşüncən, yanaşman, davranışınla hamıdan seçiləsən, hamının qəbul etdiyi insan olasan. Hətta səni sevmək istəməyənlərin də, sonda sevimlisinə çevriləsən. Qəbul ediləsən. 
Bu böyük xoşbəxtlikdir.

Rafiq Əliyev çox dərindən düşünmək, yaradıcı işə qeyri-adi bacarıqla yanaşmaq və özünü həm şifahi, həm də yazılı şəkildə gözəl ifadə etmək qabiliyyətinə malikdir.
                                                                                                                                     Lütfi Zadə

Rafiq müəllimin dinləmək qabiliyyətindən bəzən çaşırsan. Başqa  cəmiyyətdə olduğunu düşünürsən. Məmləkətin bu qədər əsəbi halında səni bu qədər sakitcəsinə dinləmək, məsələni, problemi izah etmək və inandırmaq... 
Sonda düşünürsən ki, əsəbi vəziyyət həm də bilməməkdən yaranır. 
Elmdə mübahisəni sevsə də, söhbətdə mübahisəni o qədər də sevməz. Dediyi sözün çəkisini bildiyindən, ora qayıdacaqlarına inanaraq...
Hər sualı astaca, sakit səslə elmi əsaslarla cavablandıraraq və sualla cavab arasına bir xoş təbəssüm qataraq sözləri, fikri yaddaşa möhürləyir. 
Hər dəfə bu suallarla rastlaşanda o söz, fikir möhürünün sahibini, onun kimliyini xatırlayırsan. Əminlik adında... 

“Milləti tanıdan onun seçilmişləridir” – deyən, dünyanın məşhur alimləri tərəfindən qəbul edilən, dünya elminə nəzəriyyələr verən böyük alim, gözəl insan, etbarlı dost Rafiq Əliyev həm də səmimiyyəti ilə onu tanıyanların sevimlisidir, müəllimdir.

Sevdiyi işlə məşğul olan insan üçün zaman və yaş məhfumu yoxdur.  

Gənclərin və düşünənlərin sevimlisi olan, indi də eyni enerji və həvəslə çalışan, fəaliyyətində örnək olan Rafiq müəllimə can sağlığı diləyirəm. 
Vətənə, millətə, elmə olan sevginiz heç zaman tükənməsin.
80 yaşınız mübarək!
                                                                                                  

                                                              Rəfail Tağızadə

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar