Xəbər lenti
Ramiz Mehdiyev gedəcək – “O gedib nəvələri ilə oynasa, daha yaxşı olar”
Bir müddətdir ki, ölkənin tanınmış ictimai-siyasi xadimləri, alimləri və akademikləri AMEA-nın prezidenti Ramiz Mehdiyevin istefasını tələb edirlər. Hazırda ölkə gündəminin əsas manşet mövzularından biri məhz AMEA-nın alimləri ilə R.Mehdiyev arasında olan qarşılıqlı ittihamlardır. Alimlər hesab edirlər ki, R.Mehdiyev AMEA-da elmi mühiti tamamilə məhv edib. İctimai-siyasi xadimlər isə R.Mehdiyevi Rusiyanın ölkəmizdəki əsas adamalrından biri olmaqda ittiham edirlər. R.Mehdiyev ölkədə islahatlar prosesini tormozlayan “5-ci kolon”un əsas siması hesab olunur. Belə belə olan təqdirdə R.Mehdiyev niyə istefa vermir və ona qarşı qanuni tədbirlərin həyata keçirilməsinin vaxtı deyilmi?
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı konkret.az-a danışan AMİP lideri Etibar Məmmədov bildirib ki, Ramiz Mehdiyevin işdən çıxarılması tamam başqa məsələdir:
“Məsələ bundadır ki, Ramiz Mehdiyevi istefaya səsləyənlər AMEA-nın işçiləridirlər və onlar öz fikirlərini bildirirlər. Bu, onların hüququdur. Bu baxımdan AMEA-nın işçiləri R.Mehdiyevin istefasını da tələb edə bilərlər. Nəticəsi də tələb olunan instansiyadan asılıdır. Mən AMEA-nın işçisi olmadığıma görə bu barədə başqa heç nə deyə bilmərəm”.

Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, Ramiz Mehdiyevin niyə həbs edilməməsi ilə bağlı sualı prokurorluq oranlarına ünvanlamaq lazımdır:
“Əslində məni düşündürən başqa məsələlərdir. Məsələn, ölkədə universitet, akademiya modeli necə olmalıdır. Ola bilər ki, kiməsə qarşı münasibətin fərqli olsun, bəs sən nə təklif edirsən? Akademiklərimiz göstərsinlər görək, özləri nə təklif edirlər. Mən islahat, təklif və təşəbbüs proqramlarını nəzərdə tuturam. Akademiklərin özləri hansı təklifləri verirlər? Düşünməliyik ki, Akademiyadan universitetə elmi necə köçürək, elmi mühiti necə canlandıraq, necə edək ki, elmi tədqiqatlar üçün zəmin yaradaq. Bütün bunlar olmayandan sonra kimi dəyişirsənsə dəyiş, heç nə düzələsi deyil. Məni bu məsələlər maraqlandırır. Ona görə də məsələnin hüquqi tərəfi var. Kimsə kimdənsə narazıdırsa, qanunsuz fəaliyyətini düşünürsə, hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət eləsin”.

Milli Məclisin deputatı Aqil Abbas bidirib ki, Ramiz Mehdiyevin AMEA-da prezident olası vaxtı deyil:
“O gedib nəvələri ilə oynasa daha yaxşı olar. O ki qaldı R.Mehdiyevin niyə istefa verməməsinə və haqqında qanuni tədbirlərin görülməsi məsləsinə, düşünürəm ki, Ramiz Mehdiyevin kimin adamı olmasını dövlət müəyyənləşdirməlidir.
Hüquq-mühafiə orqanları buyursunlar, Ramiz Mehdiyevə qarşı səslənən ittihamları araşdırsınlar. Bu zaman kimin kim olduğu ortaya çıxa bilər”.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar