Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Pensiyaçılara ŞAD XƏBƏR - Bu aydan...

Tarix: 04-02-2022 12:57     Baxış: 4202 A- / A+
Yaxın günlərdə orta aylıq əməkhaqqındakı artım faizinin elan oluncağı gözlənilir. Eyni zamanda, əmək pensiyalarının həmin faizə indeksasiya olunacağı bildirilir.
Manevr.az-ın xəbərinə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov modern.az -a açıqlamasında bildirib ki, mövcud qanunvericiliyə əsasən pensiya indeksasiya olunduqdan sonra artımlar həmin ilin ilk ayının pensiyasına da şamil olunur.
 
Deputat qeyd edib ki, indeksasiya ilə bağlı qərarın yanvarın sonu və ya fevralın əvvəlində verilməsinə, baxmayaraq, pensiyalar əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinə indeksasiya olunur:
 
“Ona görə də rəsmi orta aylıq əməkhaqqındakı artım faizi Dövlət Statistika Komitəsi tərəfindən birinci ayın sonunda və ya ikinci ayın əvvəlində elan olunur. Burada bir ay fərq var və buna rəğmən qanunvericiliyə əsasən ilk ayda indeksasiya olunmalı və verilməlidir”.
 
V.Bayramov bildirib ki, artıq yanvar ayının pensiyaları ödənilib:
 
“Ona görə də mövcud qaydalara əsasən, fevral ayında pensiyalar verilən zaman yanvar ayındakı artım fevral ayındakı pensiyaya əlavə olunmalıdır. Fevral ayında veriləcək pensiya artımla birlikdə vətəndaşlara təqdim olunacaq”.
 
Qeyd edək ki, 2022-ci ilin əvvəlindən ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manatdan 240 manata çatdırılıb və həmin məbləğdən aşağı olan pensiyalar artırılaraq 240 manata çatdırılmaqla ödənişi təmin olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar