Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Sultanov Əbülfəs Qarayevə nə qədər pul verib? - ŞOK FAKTLAR

Tarix: 04-02-2022 12:07     Baxış: 4168 A- / A+
Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələr açıqlanıb. Zakir Sultanovun sözlərinə görə, mənimsənilən pulların çoxunu o, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib. Hətta məhkəmə dövründə də Z.Sultanov dəfələrlə Ə.Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib. Lakin onun vəsatətləri təmin edilməyib.

Manevr.az bu barədə lent.az-a istinadən xəbər verir.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zakir Sultanov bildirib ki, 2006-cı ildə Əbülfəs Qarayevin təklifi ilə vəzifəyə gətirilib. O, Ə.Qarayevlə şəxsən 2005-ci ildə tanış olduğunu qeyd edib. Rəis olduğu dövrdə vəzifəsi tikinti aparılan layihələrə nəzarət funksiyasını həyata keçirmək olub. Layihələrin maliyyə hissəsinə qarışmayıb, həmin vəzifədə 2014-cü ilin dekabr ayına kimi xidmət edib. 2014-cü ilin dekabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaranıb və həmin xidmətin rəisi vəzifəsinə təyin edilib: “2015-2020-ci illər ərzində Mədəniyyət Nazirliyində çoxlu sayda tender layihələri keçirilib. Rəis olduğum xidmətdə Mədəniyyət Nazirliyinin bir neçə layihəsinə nəzarət etmişəm. 2015-ci ildən sonra isə rəisi olduğum xidmətin adından da bir neçə şirkətlə tender müqavilələri bağlamışam. Nazirin tapşırığı ilə onun tanışı olan Şamxalın  Mədəniyyət Nazirliyinin tenderində iştirakını və qalib gəlməsini təşkil etmişəm. Əvəzində isə Şamxalla aramızdakı razılığa əsasən onun hesabına müqavilədə nəzərdə tutulmuş məbləğ köçürüldükdən sonra 18 faiz ƏDV çıxılmaqla ümumi məbləğin 20 faizi “otkat” şəklində mənə geri qaytarılmalı idi.

2018-ci ildə bağlanmış müqavilə üzrə bizə geri qaytarılan pul ümumilikdə 900 000 manat idi. Həmin puldan 700 min manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermişəm, 200 min manat pulu özümə götürmüşəm. Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 533 000 manat, həmçinin Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən 2020-ci ildə 218 min manat pul alınıb. Ümumilikdə alınan 751 min manat pulun 600 min manat hissəsini Əbülfəs Qarayevin göstərişi ilə xidməti otağında ona təhvil vermişəm. 151 min manat pulu isə özünə götürmüşəm. Masallı rayon Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə layihədən 300 min manat pul qalıb. Həmin pulun 240 min manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona vermişəm, 60 min manat pulu özümə götürmüşəm. Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin keçirilməsi ilə əlaqədar 2011-ci ildə bağlanmış müqaviləyə 200 min manat pul alınıb. Həmin pulun da 160 min manatını sabiq Mədəniyyət nazirinə vermişəm. Bərdə şəhərində “Allah-Allah” türbəsinin təmir-bərpası ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən 5 il ərzində ümumilikdə 450 min manat pul alınıb. Həmin pulun da 360 min manatnı Əbülfəs Qarayevə vermişəm, 90 min manatını isə özümə götürmüşəm.
Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycanla bağlı yeni binasının tikintisi ilə bağlı layihə üzrə gələn 255 min 950 manat puldan Əbülfəs Qarayevə 200 min manat pul vermişəm. Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin keçirilməsi ilə əlaqədar 80 min manat pul almışam, həmin puldan 60 min manatını Əbülfəs Qarayevə vermişəm. Bunlardan başqa daha bir böyük layihədən gələn 240 min manat pulun da 192 min manatnı Əbülfəs Qarayevə təqdim etmişəm”.
Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən  Z.Sultanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar