Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda qəribə olay: 17 ildir təqaüd alırmış, xəbəri yoxdur - VİDEO

Tarix: 04-02-2022 09:39     Baxış: 4165 A- / A+

Bakıda pensiya yaşı tamam olan qadın qəribə hadisə ilə qarşılaşıb.
Manevr.az İTV-yə istinadən xəbər verir ki, qadın yaşa görə təqaüd təyin olunması üçün aidiyyəti quruma müraciət edib.
Lakin eşitdiyi və gördüyünə inanmayıb. Aydın olub ki, vətəndaşa 17 il əvvəl görmə məhdudiyyəti olduğuna görə təqaüd təyin edilib.
“Mənə dedilər ki, sizə təqaüd düşmür. Dedim, yaşım tamam olub, səbəbi nədir? Dedi ki, siz pensiya alırsınız. Dedim, axı, mən almamışam pensiya, necə ola bilər? Dedi ki, siz 2005-ci ildən əlilliyə görə pensiya alırsınız”, - Firuzə Əliyeva DOST mərkəzinə müraciət edəndə bu cavabı alıb.
Halbuki əlil deyil və gözləri də tam normal görür. Bundan sonra ona 180 manat pensiya alacağını deyiblər. Şikayətçi deyir ki, 17 ildir pensiyanı alan onunla ad, soyad və ata adı eyni olan Lerik rayonunda yaşayan qadındır. Amma sistemdə sənədlər Firuzə xanımın adına çıxır.
Məsələ ilə bağlı DOST mərkəzindən bildirilib ki, vətəndaşın pensiya müraciəti qeydə alınıb. Qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ona əmək pensiyası təyin ediləcək. Vətəndaşa yaşa görə pensiya isə artıq təyin olunub.
17 ildir pensiya alması ilə bağlı iddialara isə qurumun rəsmisi bildirib ki, problem ciddidir və xüsusi nəzarətə götürülüb. Araşdırmaların nəticəsi barədə açıqlama veriləcək.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar