Xəbər lenti
Ərk yeri olan dost, doğum günün mübarək!

Həyatımızda əlamətdar, yadda qalan günlər çox olur. Yaşımızın üstünə yaş gəlsə də, doğum günümüz də əlamətdar günlərdən sayılır. Bu gün dəyərli dostum Cəsarət Məmişoğlunun (Qasımovun) doğum günüdü. Bizi birləşdirən dəyərlərin fonunda illərin xatirəsi var. Xatirələrimiz bir kitaba sığmayacaq qədər çox və unudulmazdır.
Çox dəyərli qardaşım, əziz dostum! Səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm. İllərdir təqvimin adi günü kimi ötürdüyümüz bu günkü tarix indi mahiyyətini dəyişib artıq. Builki doğum günün əvvəlkilərdən fərqlidi. Daha yurd həsrətinə son qoyulub. Doğulub boya - başa çatdığın Füzuli rayonu azaddı, deməli, ən böyük arzun hasil olub. Səni həm doğum günün, həm də müqəddəs ata ocağının yağıdan azad olması münasibətilə təbrik edirəm. Bütün arzularına çatasan!
Şair təbiətli, gözəl şeirlər müəllifi, dostum Cəsarət Məmişoğlu! Bundan sonra şeirlərinin mövzuları, motivləri dəyişəcək, həsrət və hicran məfhumu qələmindən, könlündən uzaq olacaq və yazılarına yansımayacaq. Çünki, duyğuların, ruhun sevincə, xoşbəxt günlərin ab-havasına köklənəcək. Daha nisgilini, ağrını unudub, azad olunmuş yurdumuzun gözəlliklərindən yazacaq, vüsal anlarını tərənnüm edəcəksən. Var ol!
İllər öncə, daha dəqiq 2015- ci ildə hər ikimiz yurd həsrətindən qovrulduğumuz, ağrılarımıza təsəlli tapmadığımız bir məqamda dostum Cəsarətə üz tutub yazdığım bir şeirimi də yazıma əlavə edirəm. Ağrılı, nisgilli illəri geridə qoymuşuq artıq. Torpaqlarımız azadlığına qovuşub, biz də itmiş kimliyimizə. İllərdir qaysaq tutmayan yaralarımız sağalmasa da, təsəllimiz yağısız yurd yerlərimiz, əsirliyinə son qoyulmuş doğma ata ocağına yenidən qayıtmaq ümidinin reallaşmasıdı.
XATİRƏ VƏ NİFRƏT
(Yurd ağrısı dadmış dostum
Cəsarət Məmişoğluna üz tutaraq...)
...xatirələrim
bağımızdakı
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərində
asılı qaldı.
Bir də atamın
məzarına
qısılı qaldı.
Bir gün geri
dönəcəm
xatirələrimi
yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın
məzarından
xatirələrimi
götürməyə
üzüm gəlməyəcək.
Bilirəm ki, atam
xatirələri
nifrətə çevirib
tüpürəcək üzümə...
2015
Namiq Dəlidağlı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar