Xəbər lenti
"Təsdiqlənsə, İqbal Məmmədov Milli Məclis üzvlüyündən çıxarılacaq" - Deputatdan açıqlama
"Deputat İqbal Məmmədov haqqında mətbuatda yayılan məlumatlarla bağlı parlamentin İntizam komissiyasına müraciət daxil olmayıb”.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı deyib. O, qeyd edib ki, yayılan iddiaların həqiqətə uyğun olub-olmadığı vergi strukturları tərəfindən araşdırılmalıdır:
“Müvafiq qurumlar iddialarla bağlı araşdırmadan sonra konkret yanaşma ortalığa qoymalıdır. İddialar təsdiqini taparsa, Milli Məclisin İntizam komissiyasına müraciət olunarsa, məsələ müzakirəyə çıxarıla bilər.
Xatırlatmaq istəyirəm ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq, millət vəkillərinin bizneslə məşğul olmaq hüququ yoxdur. Əgər rəsmi şəkildə deputatın bizneslə məşğul olduğu təsdiqlənərsə, o Milli Məclis üzvlüyündən çıxarılacaq”.
Qeyd edək ki, Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Deputat mandatından məhrum edilmə prosedurana gəldikdə isə, Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında əksini tapan məlumata görə, Milli Məclisin deputatı İqbal Məmmədova məxsus “Kaspi Yıldız” şirkətinin 10 milyon manata yaxın vergi borcu var./modern.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar