Xəbər lenti
Azərbaycanda gənclərin sayı azalır
Hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd edilir.
Manevr.az bildirir ki, "Gənclər siyasəti haqqında” qanuna əsasən, gənc yaşı 14-dən 29-a qədər olan şəxslər hesab edilir. Gənc ailə isə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn hesab edilir.2021-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycan əhalisinin 22,8 faizini gənclər təşkil edir. Ölkəmizdə 2,3 milyon nəfər gənc var.Son illərdə əhali sayında gənclərin xüsusi çəkisi azalır. 2010-cu ildə əhalinin 31,4 faizi gənc olduğu halda, son məlumata əsasən, bu nisbət 23 faizdən də aşağı düşüb.
Gənclərin 47,6 faizini qadınlar təşkil edir.
2020-ci ildə doğulan körpələrin 76,3 faizi gənc analar tərəfindən dünyaya gətirilib. Nikaha daxil olanların isə 71 faizi gənclərdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların 24-dür.
Boşananlar arasında gənclərin sayı azdır. Boşanan gənc kişilərin xüsusi çəkisi 20,6 faiz, gənc qadınların xüsusi çəkisi 41,5 faiz olub.
2020-ci ilin yekunlarına əsasən 15-29 yaşlı iqtisadi fəal gənclərin sayı 1,378 milyon nəfər, onlardan məşğul əhalinin sayı 1,224 milyon nəfər, işsizlərin sayı 154,1 min olub. Məşğul gənclər arasında qadınlara (562,3 min nəfər) nisbətən kişilər (661,6 min nəfər) üstünlük təşkil edib.
Gənclər arasında işsizlik səviyyəsi digər yaş qrupları ilə müqayisədə yüksəkdir. İşsiz gənclər əmək qabiliyyətli gənclərin 11,2 faizini təşkil edib. Bu göstərici 2020-ci ildə ölkə üzrə işsizlik səviyyəsindən (7 faiz) xeyli yüksək olub.
Gənc kişilər arasında 69,9 min nəfər, qadınlar arasında 84,2 min nəfər işsizdir.
İşsiz gənclərin 10,6 faizi ali, 11,9 faizi orta ixtisas, 4,4 faizi peşə, 59,5 faizi tam orta, 13,4 faizi ümumi orta təhsil, 0,2 faizi ibtidai təhsilə malik olub.sfera.az
Gənclərin 47,6 faizini qadınlar təşkil edir.
2020-ci ildə doğulan körpələrin 76,3 faizi gənc analar tərəfindən dünyaya gətirilib. Nikaha daxil olanların isə 71 faizi gənclərdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların 24-dür.
Boşananlar arasında gənclərin sayı azdır. Boşanan gənc kişilərin xüsusi çəkisi 20,6 faiz, gənc qadınların xüsusi çəkisi 41,5 faiz olub.
Gənclər arasında işsizlik səviyyəsi digər yaş qrupları ilə müqayisədə yüksəkdir. İşsiz gənclər əmək qabiliyyətli gənclərin 11,2 faizini təşkil edib. Bu göstərici 2020-ci ildə ölkə üzrə işsizlik səviyyəsindən (7 faiz) xeyli yüksək olub.
Gənc kişilər arasında 69,9 min nəfər, qadınlar arasında 84,2 min nəfər işsizdir.
İşsiz gənclərin 10,6 faizi ali, 11,9 faizi orta ixtisas, 4,4 faizi peşə, 59,5 faizi tam orta, 13,4 faizi ümumi orta təhsil, 0,2 faizi ibtidai təhsilə malik olub.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar