Xəbər lenti
Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?
Lap uşaqlıqdan eşidirik ki, termometrin içindəki civə tökülərsə, insanı öldürə bilər. Bəs civə həqiqətən bu qədər təhlükəlidirmi? Onu təhlükəli edən nədir? Evə dağılarsa, necə təmizləməliyik?
Manevr.az xəbər verir ki, həkim pediatr Günay Rəsulova apa.tv-ə bildirib ki, termometr sındıqda mütləq otağın pəncərəsi açılmalı və otağın temperaturu aşağı salınmalıdır: "Çünki isti otaq temperaturunda otaq civə tez buxarlanacaq və bu da bizim zaman itkimizə səbəb olacaq. Xırda hissəciklərə ayrılmasın deyə onu toplamaq üçün əlcək geyinərək ehmalca onu kağızla götürmək lazımdır. Qalan xırda hissəcikləri isə yapışdırıcı ilə təmizləmək lazımdır".
Bəs termometr uşağın qolunda sınarsa, nə etmək lazımdır? Günay Rəsulovanın sözlərinə görə, mütləq uşağın paltarını dəyişmək və uşağı həmin otaqdan çıxartmaq lazımdır: "Bəzən bizə zənglər olur civəli termometr uşağın əlində idi qırılıb bəs uşaq onu udubsa nə olacaq? Belə olan hallarda uşaq həkim nəzarətində olmalıdır. Çünki civə ağır metal olduğu üçün zəhərlənmə verəcəyi üçün belə uşaq müşahidə də olmalıdır".
Bioloji elmlər üzrə fəlsəfə doktoru Eldar Əliyevin sözlərinə görə, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Həmçinin böyrəkləri də ciddi zədələyə bilir: "İlk baxışda metal dəmir kimi görünür, maye şəklində olmaz, buxarlanmaz və s. Ancaq bu belə deyil. Civə metal da olsa, maye kimi axışqandır və üstəlik də buxar meydana gətirə bilir. Bu buxarlar da insan orqanizmi üçün çox dioksiddir. Sinir sisteminə zərər verə bilir. Ağır bir metal olmasına baxmayaraq, istiyə bağlı olaraq sürətlə genişlənə bilir. Həmçinin soyuğada bağlı olaraq genişlənmə qabiliyyətini itirə bilir".
Pediatr Günay Rəsulova bildirir ki, civə hissəciklərini yığan zaman tozsorandan istifadə etmək olmaz. Belə ki, tozsoran işləyən zaman civənin başqa otaqlara yayılmasına səbəb ola bilər. Həmçinin həkim tövsiyə edir ki, uşaqlar üçün elektron termometrlərdən istifadə olunması məsləhətdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar