Sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində azyaşlı qızın ərə verilməsi ilə bağlı məlumat yayılıb.
Manevr.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə də paylaşım edib. Onun sözlərinə görə, yayılan fakt təsdiqini tapıb: "Yeniyetmənin 15 yaşında olduğu bildirilir. O, uzun müddət təhsildən də kənarlaşdırılıb. Bu il 15 yaşlı qız 5 ci sinifdə fərdi təhsil alıb".
Məlumatla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, sosial şəbəkələrdə 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar artıq Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları ailədə olublar: "Fakt araşdırılıb. Məlum olub ki, iki ailə arasında kiçik razılaşma mərasimi baş tutub. Ailə ilə aparılan söhbətdən sonra bildirilib ki, azyaşlının 18 yaşı tamam olana qədər toy mərasimi baş tutmayacaq. Komissiyadan o da əlavə edilib ki, oğlanın valideynləri də rayon İcra Hakimiyyətinə dəvət edilib və onlarla da söhbət aparılacaq. Qeyd olunacaq ki, toy mərasimi baş tutarsa, hər iki ailə məsuliyyətə cəlb ediləcək.
Qeyd edək ki, hazırda məsələ Masallı rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının nəzarətindədir".
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar