Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlət rəmzlərini təhqir edən şəxsləri hansı cəza gözləyir?

Tarix: 31-01-2022 13:02     Baxış: 5181 A- / A+


Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət rəmzlərinin təbliğinə xüsusi önəm verilir. Bu sahədə aparılan iş əsasən ailədən başlamaqla mütəmadi olaraq bütün yaş dövrlərində davam etdirilir. Həmçinin, müstəqil Azərbaycanın gələcəyi olan gənclərin tərbiyəsi milli dövlətçiliyimizin rəmzlərinə dərin hörmət və məhəbbət hissini aşılamaq bacarığından çox asılıdır. Bəs, dövlət rəmzlərinə hörmətsizlik mövcud qanunvericilikdə hansı məsuliyyətə səbəb olur?
Manevr.az bildirir ki, bu barədə hüquqşünas Arif Nəzərov açıqlama verib.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməsi ilə bağlı normalar təsbit olunub. Həmçinin, dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
O bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar