Sizin Reklam Burada
Xəbər lenti
17-05-2024
16-05-2024
BÜTÜN XƏBƏRLƏR

Real döyüş şəraitinə uyğun komando hazırlıqlarından görüntülər - VİDEO

Tarix: 31-01-2022 11:15     Baxış: 3207 A- / A+

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ordumuzda həyata keçirilən islahatlar çərçivəsində yeni yaradılan Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissələrində xidməti döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir.
Manevr.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, komando hərbi hissələrində bütün obyektlər müasir tələblərə uyğun inşa edilib, lazımı avadanlıq və inventarlarla təchiz olunub. Burada xidməti döyüş fəaliyyətlərinin keyfiyyətli təşkili və asudə vaxtın səmərəli keçirilməsi üçün müvafiq şərait yaradılıb.
Yaradılan şərait döyüş hazırlığı planına əsasən komandolarla yüksək səviyyədə intensiv təlim-məşqlərin keçirilməsinə imkan verir.
Vətən müharibəsində əldə edilmiş təcrübələr nəzərə alınmaqla, türkiyəli peşakar zabitlərin iştirakı ilə komandoların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi təmin edilir.
Real döyüş şəraitinə maksimum uyğunlaşdırılmış şərtlərlə keçirilən məşğələlərdə komandolar kəskin relyefli ərazilərdə hərbi helikopterlər və digər üsullarla yerdəyişmələr icra edirlər.
Təlimlər zamanı komandolar birbaşa təmas vəziyyətində maneələr zolağından keçid, dağlıq ərazilərdə döyüş aparma, müdafiənin dərinliyinə sızma, eləcə də şərti düşmənin müvəqqəti yerləşdiyi sığınacaqlarda və yaşayış məntəqələrində müqavimət göstərən təxribat-diversiya qrupunu mühasirəyə alma, zərərsizləşdirmə tapşırıqlarını müvəffəqiyyətlə icra edirlər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar