Xəbər lenti
“Nazir müavini olan dayısı oğluna “Coni” deyirdi”- Xadimə işləyən müəllimə aldadılıb
Rayondan Bakıya gələn müəllimə burada xadimə işləməyə başlayıb. Bir müddət sonra isə tanımadığı qadın tərəfindən aldadılıb. Onu FHN-ə işə düzəldəcəyini deyən qadın 5 min manat pulunu alıb.
Manevr.az xəbər verir ki, Sevinc Məmmədova (soy ad şərtidir) Yevlaxda müəllimə işləyib. Ailə vəziyyəti ilə əlaqədar Bakıya gəlib və burada xadimə işləyib.
Bir müddət sonra anasının dərzi sexində tanıdığı Şəfəq Quliyeva (soy ad şərtidir) onlara təklif edib ki, dayısı oğlu vasitəsi ilə Sevinci işə düzəldə bilər.
Şəfəq özünü araşdırmaçı jurnalist kimi təqdim edib. Bildirib ki, dayısı oğlu Cavanşir Həşimov Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə çalışır. Onun vasitəsi ilə Şəfəqi Fövqəladə Hallar Nazirliyinin dəftərxanasına işə qəbul etdirə biləcəyini deyib.
Şəfəq ifadəsində göstərib ki, dayısı oğlu həqiqətən də FHN-də işləyir. Amma Sevincdən pul alan zaman onu işə düzəltmək fikri olmayıb. Sadəcə Sevincdən 1700 manat pul alaraq şəxsi ehtiyaclarına xərcləyib. Sevinc də aldadıldığını başa düşdüyü üçün ondan şikayətçi olub.
Şəfəq bildirib ki, Sevincdən aldığı 1700 manatın əvəzində 1950 manat qaytarıb. Amma buna baxmayaraq, Sevinc ondan şikayət edən zaman 5000 manat aldığını deyib.
Zərərçəkmiş Sevdanın ifadəsindən məlum olub ki, özünü əvvəlcə Sevda kimi təqdim edən təqsirləndirilən şəxsin əsl adının Şəfəq olduğunu sonradan öyrənib.
O, Şəfəqi məhəllədəki dərzi sexində tanıdığını qeyd edib. Belə ki, Sevincin anası həmin sexə gedən zaman orada Şəfəqi görüb. Söhbət zamanı Şəfəq dayısı oğlunun FHN-də nazir müavini olduğunu deyib. Həmin vaxt Şəfəq Sevinci nazirliyə işə düzəldə biləcəyini vəd edib.
Sevincin sözlərinə görə Şəfəq həmçinin ona FHN işçiləri üçün tikilən binadan ev veriləcəyini də söyləyib.
“Şəfəq buna görə Sima və Fərid adlı şəxslərlə də danışırdı. Məni də onlarla görüşdürüb. Deyirdi ki, dayısı oğlunun vaxtı olmadığına görə onunla görüşə bilmir. Görüşlər nazirliyin yaxınlığındakı kafedə olurdu. Şəfəq nazir müavini olan daysı oğlu Cavanşirə “Coni” deyə müraciət edirdi. Guya mənə mənzil də verəcəkdi. Buna görə cəmi 5 min manat vermişəm. Həmin pulun 1907 manatını qaytarıb”.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Şəfəq 2016-cı ildə də dəlzəduluğa görə məhkumluq həyatı yaşayıb və 3 il cəza alıb. Sonra da vaxtından əvvəl azadlığa buraxılıb.
Məhkəmə bu dəfə onu Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilib.
Ona 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Cəzanı çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq ediləcək.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar