Xəbər lenti
İyirmi il kimsəsiz adada yaşadı – Tənha qadının böyük sirri
1853-cü ildə doğulan Xuana Mariya adlı qadın Kaliforniyanın San-Nikolas adasının tənha qadını kimi tarixə düşməyi bacarıb.
Mariyanın doğulduğu vaxt San-Nikolas adalarında müxtəlif muxtar yerli icmalar yaşayırdı, onların hər birinin özünəməxsus dili və mədəniyyəti vardı. O zamanlar Kaliforniya hələ ABŞ-ın tərkibində deyildi, amma 1848-ci ildə Meksika-Amerika müharibəsindən sonra sülh müqaviləsinin bir hissəsi olaraq bura birləşdirildi.
XIX əsrin əvvəllərində yerlilər adalardan köç etməyə başladı. Nikolenolar adalarını tərk edən sonuncular oldular. Mariyanın adasını niyə tərk etmədiyi dəqiq məlum deyil. İddiaya görə, o, körpəsi ilə birlikdə köçü daşıyan xilasedici qayığa aparılıb, amma uşağına görə geri qayıtmaq istəyib və qayıqdan suya atılıb. Körpəsini sahilə qayıdarkən itirib.
Xuana Mariya adada tək qaldıqdan sonra burada balina sümüklərindən daxma, topladığı tüklərdən paltar tikib. Nikoleno qəbiləsinin köçürülməsindən sonra Xuana Mariyanın adada tək qalması ilə bağlı xəbər bütün Kaliforniyaya yayılıb. Bu səbəbdən adalarda qalan tənha qadın üçün xilasetmə əməliyyatının aparılması üçün işlərə başlanılıb. Beləliklə, kapitan Nidever bu sirli qadını axtarmaq qərarına gəlib.
Mariya balina sümüklərindən hazırlanmış daxmada iyirmi il yaşayıb. O, Amerikaya qaytarıldıqdan yeddi həftə sonra 42 yaşında vəfat edib. Ölüm səbəbi dizenteriya kimi göstərilib. Müasir dünyanın dinamikasına uyğunlaşa bilməyən Mariyanın insanlar arasındakı həyatı qısamüddətli olub. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar