Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Məni həbsdən buraxın, borcumu ödəyəcəm” - Hafiz Məmmədov

Tarix: 28-01-2022 18:33     Baxış: 3189 A- / A+

Həbs edilən iş adamı Hafiz Məmmədov dövlətə olan borcunu ödəməyə hazır olduğunu bildirib.
Manevr.az-ın məlumatına görə, H.Məmmədovun vəkili İsmayıl Kəngərli “qafqazinfo”ya açıqlamasında bildirib ki, müvəkkilinin şirkətləri ilə bağlı hesablanmış sosial ödəniş borcu 1 milyon 462 min manatdır: “Onun da 1 milyon manat hissəsi 2013-2015-ci ilin birinci rübünə düşür. Qanunvericiliyə görə, üzərindən 7 il keçmiş ödənişlərə görə cəzaya cəlb etməyə icazə verilmir. Yəni, Cinayət Məcəlləsinə və Konstitusiya Məhkəməsinin qərarına əsasən istintaq orqanı bu məbləğlərə görə ittiham verə bilməz”.
İ.Kəngərli əlavə edib ki, H.Məmmədovun dövlətə borcu olan şirkətlərindən biri “Transgeyt” MMC daha əvvəl 2 milyon manat artıq vergi ödənişi edib: “Hafiz Məmmədov təklif edib ki, Vergi Xidmətinə ödədiyi əlavə 2 milyon manat DSMF-yə olan borcuna yönəldilsin. DSMF isə Vergi Xidmətləri ilə hesablarının ayrı olduğunu bildirərək həmin pulu çəkə bilmədiyini deyir. Vergi Xidməti isə hazırda bu məbləği Hafiz Məmmədova geri qaytara bilmədiyini, gələcəkdə yaranacaq vergi borcuna silinəcəyini qeyd edir”.
Vəkil qeyd edib ki, bu günədək 400 min manat ödəniş edilib: “Ola bilsin bu gün də əlavə ödəniş edilsin. Hafiz Məmmədovun mövqeyi belədir ki, hesablanan borcu ödəməyə hazırdır. Təklif edir ki, o, evə buraxılsın və tələb olunan məbləği toplayıb hissə-hissə ödəsin”.
Hafiz Məmmədov hesab edir ki, onun şirkətlərinin borcları əvvəlcədən düzgün hesablanmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar