Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil

Tarix: 28-01-2022 17:20     Baxış: 4129 A- / A+


Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil
10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən "Azərxalça"nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib.
Manevr.az xəbər verir ki, Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Ötən ilin yanvar ayında həbs edildikdən sonra oktyabrın 30-da ev dustaqlığına buraxılıb və noyabrın 5-də xəstəlikdən vəfat edib.
Onun dövlətə vurduğu zərərin ödənilməsi üçün istintaq zamanı 30 milyonluq əmlakı üzərinə həbs qoyulub. Məhkəmə bu gün həmin əmlakların müsadirə edilməsi barədə qərar çıxarıb.
"Kriminalqafqaz" V.Muradovun müsadirə edilən əmlaklarının siyahısını əldə edib. Məlum olub ki, Vidadi Muradovun Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda 22 mənzili var imiş. Həmçinin, Vidadi Muradova məxsus "Azər-İlmə" MMC-nin səhm paylarının da müsadirəsinə qərar verilib.

Həmin siyahını təqdim edirik:

1. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi.

2. Həmin torpaq sahəsində tikilən 268.3 kv.m olan yerləşən qeyri-yaşayış binası.

3. Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev.

4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evlərin 4 nömrəli mənzili.

5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi.

6. Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi.

7. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli ev.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Vidadi Muradovun törətdiyi əməllər sübuta yetirildiyi və onun artıq vəfat etdiyi üçün barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilib./sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar