Manevr.az xəbər verir ki, məsələ ilə bağlı trend-in suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Qluyev bildirib ki, hazırda bu istiqamətdə konkret olaraq qanunvericiliyə hansısa düzəlişin edilməsi nəzərdə tutulmur.
"Bizə də müəyyən müraciətlər daxil olur, kimisi deyir, pensiya yaşını azaltmaq lazımdır, kimisi deyir, pensiya kapitalını azaltmaq lazımdır, kimisi deyir, güzəştli şərtlərlə, tez pensiyaya çıxmaq imkanı vermək lazımdır, kimisi deyir vəfat edən şəxsin pensiya kapitalı digər ailə üzvlərinə də verilməlidir. Belə fikirlər var, ancaq bunların heç birinin qanunvericilik bazasında təsbiti yoxdur.
Yəni bütün bunları nəzərə alaraq biz düşündük ki, Milli Məclisin yaz sessiyası ərzində Dövlət Sosial Müdafiə Fondu ilə birgə bir dinləmə keçirək və deputatları maraqlandıran sualları araşdıraq və əgər lazım gələrsə, qanunvericiliyə də dəyişikliklər edək. Ancaq bu gün konkret olaraq ortada bir sənəd yoxdur”, - deyə komitə sədri vurğulayıb.