İngiltərəli xəzinə ovçusu Maykl Li Mellori metal detektoru ilə tarlada gəzərkən nadir qədimi qızıl sikkə tapıb və zəngin olub.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, Devon qraflığının Xemiok kəndi yaxınlığındakı tarlada aşkarlanan dəyərli sikkənin üzərində kral III Henrixin tacda və saqqallı təsviri olub.
Xəzinə ovçusu tapıntının fotosunu "Facebook"da yerləşdirənə qədər sikkənin nadir olduğunu bilməyib. Fotonu Londonun "Spink" auksion şirkətinin mütəxəssisi görüb və cəmi səkkiz belə sikkənin mövcudluğunun məlum olduğunu deyib.
Digər nüsxələr Londondakı Britaniya Muzeyində, Kembricdəki Fitzvilliam Muzeyində və şəxsi kolleksiyalardadır. Bu sikkənin 260 il ərzində tapılan ilk sikkə olduğuna inanılır.
Numizmatlar iddia edirlər ki, sikkə Fateh I Vilyamın dövründən bəri ingilis kralının ilk real portretini təsvir edir. Sikkənin arxa tərəfi xaç, nöqtələr və qızılgül təsvirləri ilə bəzədilib.
Sikkə 648 min funta satılıb. Bu məbləğ III Henrix dövrünə aid bir sikkə üçün rekorddur və hərracda satılan demək olar ki, ən qiymətli orta əsr ingilis sikkəsidir.
Li Mallori əldə etdiyi pulu sikkənin tapıldığı torpağın sahibi ilə yarıya böləcək. O, pulu uşaqların firavan gələcəyini təmin etmək üçün xərcləmək niyyətindədir.
Qeyd edək ki, III Henrix 1216-cı ildən 1272-ci ildə ölümünə qədər İngiltərəni idarə edib. 1240 və 1250-ci illərdə o, böyük xaricdəki layihələrə qənaət etmək üçün bütün ödənişlərin qızılla edilməsi tələbini irəli sürüb. Lakin məlum olub ki, onlar maliyyə cəhətdən sərfəli deyillər, çünki sikkənin dəyəri qızıldakı çəkisindən aşağı olurdu. 1257-ci ildə Henrinin ölümündən sonra sikkələr əridildi və lazımi çəkidə pennilərlə əvəz olundu.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar