Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov trend-in suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, keçən ilin dekabr ayında əmək pensiyaları ilə bağlı qanunda dəyişiklik edilib, qanuna əsasən 2009-cu ildən başlayaraq pensiya hüququ olan şəxslərin heçbir yerə müraciət eləmədən, hansısa sənədi toplamadan, əlavə vaxt itkisi olmadan birbaşa avtomatik olaraq sistem özü vətəndaşa pensiyasını təyin edir. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilib. Proqram təminatı məlumatlar bazasından məlumatları götürür, təhlil edir və təhlilin nəticəsi olaraq vətəndaşlar üçün pensiyanı təyin edir. Bu avtomatlaşmış qaydada pensiya təminatı təqribən pensiyaya çıxanların 70 faizini əhatə edir. Yerdə qalan 30 faiz avtomatlaşmış qaydadan kənar pensiya təyin olunub. Birinci kateqoriya güzəştli şərtlərlə əmək pensiyası alan şəxslər, ikinci kateqoriyaya isə dövlət qulluqçuları,hərbi qulluqçular,xüsusi rütbəli şəxslər,millət vəkilləri bura daxildir.
"Avtomatlaşmış əmək pensiyalarının hesablanma qaydasına gəldikdə isə 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilə qədər kişilərin yaş həddi, 2017ci ilin iyulun 1-dən 2027-ci ilin iyulun 1-ə qədər qadınların yaş həddi artırılırdı. Hər il 6 ay yaş həddi artırılırdı. 2026-cı ilə qədər hər iki yaş kateqoriyasında olan insanların pensiyaya çıxma yaşı 65 olacağı nəzərdə tutulur. Kişilər 2021-ci ilin ortalarında 65 yaşında pensiyaya çıxmağa başladı"-deyə iqtisadçı-ekspert əlavə edib.
Qeyd edək ki, yaş, əmək stajı, pensiya toplanmış pensiya kapitalına və digər parametrlərə görə proqram təminatı pensiyaları avtomatlaşmış qaydada hesablayır. Burada pensiyanın məbləği, bank kartının hardan əldə edə biləcəyiniz, məbləğ və digər məlumatlar qeyd edilir. Sistem tərəfindən vətəndaşa məlumat həm mesaj, həm e-poçt ünvanı vasitəsi ilə göndərilir.
Xəbər lenti
Əmək pensiyaları avtomatik qaydada necə hesablanır?
Bu ildən pensiyalar yenidən indeksləşdirilir.Pensiyaların avtomatik şəkildə hesablaması ilə bağlı 2018-ci ildə proqram təminatı hazırlanıb, 2019-cu il yanvarın 1-dən etibarən qüvvəyə minib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar