Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xarici diplomlar hansı hallarda tanınmır? - Açıqlama

Tarix: 26-01-2022 11:31     Baxış: 3134 A- / A+

Xarici diplomların ölkəmizdə tanınmamasının bir sıra səbəbləri var. İlkin olaraq, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması; pasportda giriş-çıxış möhürləri təsdiq edir ki, o, bu ölkədə hansı müddət ərzində olub və tədris yükünü mənimsəmək üçün həmin müddət standartlara cavab verə bilmir.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
O qeyd edib ki, başqa bir səbəb isə tədris dili üzrə bilik səviyyəsinin aşağı olmasıdır:
"Məsələn, şəxs Gürcüstanda, gürcü dilində təhsil alıb, lakin bu dildə elementar biliklərə sahib deyil.
Əlbəttə, müaricət edənlərin böyük bir qisminin diplomları təsdiq olunur. Diplomlarında ən çox imtina edilən ölkələr Ukrayna və Gürcüstandır. Biz daima valideynlərə də müraciət edirik ki, xaricdə təhsil şirkəti adı ilə insanları aldadan, etibarından sui-istifadə edənlərə inanmasınlar".
Xatırladaq ki, ötən il 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar