Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Qadını ölü kimi qeydiyyata alıb pensiyasını kəsdilər

Tarix: 26-01-2022 08:11     Baxış: 3136 A- / A+
67 yaşlı qadın sağ olduğu halda ölmüş kimi qeydiyyata alınıb.

Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, Ağcəbədi rayonu, Cəfərbəyli kənd sakini Həmayıl Əliyeva bu səbəbdən çıxılmaz vəziyətdə olduğunu bildirib.

1955-ci ildə Ağcabədi rayonu, Cəfərbəyli kəndində anadan olmuş Həmayıl Əliyevanın sözlərinə görə, artıq 4 aydır pensiyası dayandırılıb. Səbəb isə sistemdə ölü kimi qeydiyyatda olmasıdır.

2-ci qrup əlil olan qadının ötən ilin oktyabr ayından pensiyası kəsilib. Kartından pul çıxarmaq istəyəndə orada vəsaitin olmadığını görüb. Ağcabədi Rayon Dövlət Sosial Müdafiə Fonduna müraciət etdikdə isə bildirilib ki, o, ölmüş adam kimi qeydiyyata alınıb.

Həmayil Əliyeva əlavə edir ki, bununla bağlı üz tutduğu bərpa mərkəzindən də eyni cavabı alıb. Xanımın övladının məsələ ilə bağlı üz tutmadığı ünvan qalmayıb.

Məsələyə Dövlət Sosial Müdafiə Fondundan bildirilub ki, vətəndaşın müraciətinə baxılıb. Araşdırmalardan sonra problem həll olunub. Vətəndaşa növbəti ayın pensiya ödənişi zamanı təyin olunan pensiya keçmiş dövr olmaqla birlikdə ödəniləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar