Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

İmamoğlu qara görə tənqid olundu, üzr istədi

Tarix: 25-01-2022 18:20     Baxış: 3155 A- / A+


İmamoğlu qara görə tənqid olundu, üzr istədi
Xəbər verdiyimiz kimi, son günlər güclü qar Türkiyənin İstanbul şəhərində həyatı iflic edib. Qeyri-sabit hava səbəbindən İstanbulda uçuşlar dayandırılıb, yollar bağlanıb.

Manevr.az-ın məlumatına görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu bu vəziyyət fonunda kəskin tənqidlərə məruz qalıb.

Ədalət və İnkişaf Partiyasından olan İstanbul vilayətinin rəhbəri Osman Nuri Kabaktepe öz tviter hesabında İstanbul Böyükşəhər Bələdiyyəsinin qara qarşı kifayət qədər tədbirlər görmədiyini qeyd edib.

"CHP-li İstanbul Böyükşəhər Bələdiyyəsi rəhbərliyi lazımi və kifayət qədər tədbir görməyərək qadın-kişi, uşaq-yaşlı, yüz minlərlə vətəndaşımızı çətin vəziyyətdə qoyub. Bilin ki, İstanbul sahibsiz deyil. İstanbullular bu ayazın öhdəsindən gələcək, lakin bu etdiyiniz laqeydlik heç vaxt unudulmayacaq”, - deyə Kabaktepe bildirib.

Ə. İmamoğlu isə öz növbəsində, İstanbulda qarın yaratdığı fəsadlara qarşı mübarizə tədbirləri və yolların vəziyyəti barədə açıqlama verib. O, yalnız bir istiqamətdə yolların təmizlənmə işlərinin aparıldığını, digər yolların isə açıldığını qeyd edib. İmamoğlu, həmçinin bələdiyyə əməkdaşlarının fəsadları aradan qaldırmaq üçün çalışdıqlarını söyləyib.

Qarın bu gün Bakı vaxtı ilə 19:00-dan sonra da davam etmək ehtimalını vurğulayan Ə. İmamoğlu vətəndaşları bütün xəbərdarlıqlara, açıqlamalara riayət etməyə çağırıb.
İmamoğlu, həmçinin qar səbəbindən çətin vəziyyətə düşən vətəndaşlardan üzr istəyib./qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar