Azərbaycanda toylarda qonaq sayı üçün mövcud olan 150 nəfərlik limit, 250-300-ə qədər qaldırıla bilər.
Manevr.az xəbər verir ki, bu barədə trend-ə bazar iştirakçıları məlumat verib.
Belə ki, toy bazarının bir neçə iştirakçısı iddia edir ki, mövcud məhdudiyyət fevral ayından sonra artırıla bilər. Bildirilir ki, şadlıq sarayları artıq mart və aprel aylarında toy mərasimi keçirmək istəyənlərə də bu barədə məlumat verir və nəzərə almağa çağırırlar.
Trend məsələni araşdırmaq üçün aidiyyatı qurumlarla əlaqə saxlayıb. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-in sorğusuna cavab olaraq bildirib ki, bu barədə bir məlumat yoxdur.
Digər aidiyyatı qrumlardan isə hələki sorğularımıza cavab verilməyib.
Hazırda toylarla bağlı qaydalara əsasən, toyların yalnız 150 nəfərədək keçirilməsinə icazə verilir. Qeyd edək ki, Azərbaycanda ötən ilin bir iyul tarixindən etibarən toyların keçirilməsinə icazə verilib. Toyda iştirak edən qonaqların isə mütləq vaksin və ya immunitet sertifikatının olması tələb olunur. Məkan və toy sahiblərin şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalıdır.
Karantin rejiminin qayda və tələblərinin pozulması halları aşkaralanarsa, həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görülür.
Xatırladaq ki, fevralın 15-dən sonra Azərbaycanda COVID-19 pasportu və immunitet sertifikatı müddətli olacaq. COVID-19 pasportlarının müddəti 6 ay müəyyən edilib. Vətəndaş 6 ay bitikdən sonra COVID-19 pasportunun müddətini uzada bilmək üçün 3-cü (buster) doza vaksin qəbul etməlidir.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar