Xəbər lenti
Müşfiq Abbasov Premyer liqadan və 500 mindən imtina etdi
KiViN-2022 festivalının hər iki turunda qalib gələrək, Sankt-Peterburq liqasına düşən “Şuşa” komandasının adını bərpa etmək üçün hansı imtiyazdan keçdiyi üzə çıxıb.
Manevr.az xəbər verir ki, bu barədə komandanın rəhbəri Müşfiq Abbasov axar.az-a eksklüziv açıqlamasında bildirib ki, ikinci turda qalib gəldikdən sonra Aleksandr Maslyakovla görüşmək fürsəti əldə edib.
“A.Maslyakovun yanında “Şuşa” adına etiraz edən və bizim ikinci turda “Buta” adı seçməyimizə səbəb olan Ruben Ciqaryan da oturmuşdu. 40 dəqiqə çəkən çox qızğın müzakirəmiz oldu. A.Maslyakov KiViN-in siyasətdən kənar olduğunu və “Şuşa” adının siyasi çalar kəsb etdiyini israrla bildirirdi. Nəhayət ona izah edə bildim ki, Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır, Azərbaycan şəhəridir və bütün dünya bu şəhərin Azərbaycanın olmasına qətiyyən şübhə etmir. Həmçinin 10 noyabr 2020-ci il bəyanatını da xatırlatdım və bildirdim ki, bu bəyanatda Ermənistan da, Rusiya da Qarabağın, o cümlədən Şuşanın Azərbaycanın olduğuna imza atıblar, burda heç bir siyasi çalar yoxdur”, - M.Abbasov deyib.
Komanda rəhbərinin sözlərinə görə, uzun müzakirələrdən sonra komandaya şərt qoyulub:
“Bizə bildirildi ki, ya Premyer liqada, Maslyakovun birbaşa aparıcılığı ilə ORT-də yayımlanan proqramda “Buta” adı ilə çıxış edirsiniz, ya da Sankt-Peterburq liqasında oynayacaqsınız.
Məsələ bundadır ki, biz festivala yazılan 520, yarışmaya qatılan 420 komanda arasından seçilən 80 komandadan biri olduq. Üstəlik ən yaxşı 8 komandadan biri seçildi və 8 komanda arasında da ilk 3-lüyə düşdük. Bununla da ilk festivaldan Premyer liqaya təklif alan nadir komanda sayılırdıq.
Mən düşünmədən imtina etdim və Sankt-Peterburqu seçdim. AMİK rəhbərliyi şoka düşmüşdü. A.Maslyakov bildirdi ki, siz bilirsinizmi nələrdən imtina edirsiniz? Mən də dedim bilirəm - ORT-dən bütün dünyaya müraciət etməkdən və yüzminlərlə qazancdan. Dedi, siz bütün bunlardan “Şuşa” adına görə imtina edirsiniz? Mən də dedim, burda əsas məsələ prinsiplərdir, bir də bizim üçün xoşdur ki, Azərbaycanın mədəniyyət paytaxtının adını daşıyan komanda Rusiyanın mədəniyyət paytaxtında çıxış edəcək”.
M.Abbasov bir daha xatırladıb ki, “Buta” adı ilk turda erməni məkrinə qurban getməmək üçün seçilib və Sankt-Peterburqda komanda öz adı – “Şuşa” ilə təmsil olunacaq.
Qeyd edək ki, komanda hazırda Bakıya qayıdır.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar