Xəbər lenti
Biz yasda xatirə anmırıq, düyünün tamını, çayın ləzzətini...” - Deputat

Bu müsbət haldır. Bununla ev yiyəsi əlavə xərcdən qurtulmuş olur. Ehsanın kütləvi şəkildə verilməsi artıq narahatlıq və yersiz qayğıdan başqa bir şey deyildi. Zaman-zaman Naxçıvan təcrübəsinin ölkənin digər bölgələrində də tətbiq olunması haqda təkliflər səslənir.
Manevr.az-ın xəbərinə görə, millət vəkili Fazil Mustafa yenisabah.az-a açıqlamasında deyib ki, yas mərasiminə ölən şəxsi anmaq üçün gedilməlidir: “Vəfat edən şəxsə və ya onun yaxınlarına görə yasa gedən insanlar var. Əslində, insanın özünə görə gedilməlidir. Bunu özünə borc bilən insanlar bir yerə yığışıb, onun xatirəsini müəyyən mənada anmalıdırlar. Amma biz yasda xatirə anmırıq. Düyünün tamını, çayın ləzzətini anırıq. Boş-boş 1-2 saat söhbət edib, çıxırıq. Bu, dərdə şərik olmaq deyil. Sözdə guya bu niyyətlə gedirlər. Lakin tam əksidir”.
Deputatın sözlərinə görə, yas mərasimində vəfat edən şəxsin həyatından xronikalar təqdim etmək olar:
“Tutaq həmin şəxsin qoyduğu izlər barədə danışmaq olar. Lakin lazımsız insandırsa, bunun heç bir əhəmiyyəti yoxdur. Elə şəxslər var ki, xeyrli insan olub, yasa gələnlərə onun əməlini bir daha xatırlatmaq üçün vizual olaraq müəyyən şeyləri etmək daha doğrudur. Mərasimlərin maarifləndirici formada keçirilməsi daha yaxşı olardı. Ölüb gedəndən sonra unudulmamasını xatırlatmaq lazımdır. Yas təkcə ehsan, ağlaşma və mərsiyədən ibarət olmamalıdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar