Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

İradə Gülməmmədovadan sonra növbə KİMİNDİR?

Tarix: 23-01-2022 15:49     Baxış: 4635 A- / A+
Yanvarın 19-da İradə Gülməmmədova Abşeronun icra başçısı vəzifəsindən azad edildi. Həmin gün Prezident İlham Əliyevin sərəncamı ilə uzun illər Bakının Nərimanov rayonuna rəhbərlik etmiş Abdin Fərzəliyev vəzifəsindən azad olunaraq Abşerona başçı təyin olundu.

Dəfələrlə qalmaqallı xəbərlərlə medianın gündəminə gələn Gülməmmədovanın işdən çıxarılması icra başçıları postunda təmizləmələrin bu il də davam etdiriləcəyinin anonsu kimi qiymətləndirildi. Eyni zamanda, xanım məmurun vəzifəsindən kənarlaşdırılması sosial şəbəkələrdə geniş müzakirələrə yol açdı. Vətəndaşların tənqidlərindən belə qənaətə gəlmək olar ki, İ.Gülməmmədovaya yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovdan da narazılıq edənlərin sayı az deyil. Ehtimal olunur ki, növbəti mərhələdə onun barəsində ciddi tədbirlər görülə bilər.
Manevr.az xəbər verir ki, məsələ ilə əlaqədar modern.az-a danışan deputat Fazil Mustafa Abşerona kifayət qədər təcrübəli icra başçısının təyin edildiyini söyləyib:

“Bir icra başçısının uzun müddət eyni ərazidə işləməsi düzgün deyil. Müəyyən müddət işlədikdən sonra icra başçılarının dəyişdirilməsi məqsəduyğundur. Ümid edirəm, bu məsələ haqqında ənənə formalaşacaq.
Ümumilikdə, icra başçıları ilə bələdiyyələr arasında münasibətlərin qanunvericiliklə tənzimlənməsinə ehtiyac var. Bizdə yeni idarəetmə yaradıldı – xüsusi nümayəndələrdən söhbət gedir. Bu model icra başçılarının səlahiyyətlərini Qarabağda yerinə yetirən sistemdir. Burada müəyyən anlaşılmazlıq və idarəetmə ziddiyyətləri var. Bunu çözmək lazımdır”.
Fazil Mustafa hesab edir ki, diqqəti daha çox bələdiyyələrə yönəltmək lazımdır:
“Bələdiyyələrin icra hakimiyyətlərindən asılılığı məsələsinə baxmalıyıq. Həmçinin, rayonların bir neçəsinə qadın icra başçılarının təyin edilməsi ənənəsi davam etdirilsə, yaxşı olardı. Abşerondan çıxarılan qadın icra başçısı idi. Qadınların idarəetmədə rolu azdır və artırılmasına ehtiyac var. İcra başçılarının qadın müavinləri var və onların içərisində kifayət qədər təcrübəlilər yer alıb. Onların aktiv idarəçiliyə cəlb olunması vacibdir”.
Zakir Fərəcovla bağlı deyilənlərə gəlincə, deputat hesab edir ki, icra başçıları təyin edilərkən yaş və ya təcrübə xüsusi rol oynamır. Əsas məsələ icra başçılarının vətəndaşla davranışıdır:
“İnsanlara əziyyət verən icra başçıları ilə bağlı məsələlərə daha tez müdaxilə etmək lazımdır. Hər hansı bir bölgədə normal sahibkarlıq mühiti məhv edilirsə, burada icra başçısının fəaliyyətinə baxmaq lazımdır.
Düşünürəm ki, müəyyən rayonlarda icra başçıları bu vəzifəyə layiq deyillər. Söhbət təkcə əvvəldən təyin edilən icra başçılarından getmir. Yeni təyin olunmuş bəzi icra başçıları ilə bağlı da oxşar vəziyyət var. Hətta həbs olunan icra başçıları içərisində hörməti olanları tanıyıram. Məsələn, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun vətəndaşlarla münasibətində mənfi bir şey eşitməmişəm. Salyan, Şirvan, Suraxanının icra başçılarının da bu gün nümunəvi başçılar arasında adları çəkilir. Bu nümunələrlə bərabər yaxşı işləyə bilmədiyi qeyd edilən icra başçıları da kifayət qədərdir. Bu baxımdan idarəetmə sistemində elə dəyişikliklər etmək lazımdır ki, başçıların həm iş görmək imkanı olsun, həm də məsuliyyətini daha yaxşı hiss etsinlər. İcra hakimiyyətlərinin də, bələdiyyələrin də səlahiyyəti dəqiqləşdirilməlidir ki, qanun pozuntusu olanda konkret kimin yaxasından yapışmaq lazımdır bilinsin”.

Deputat Razi Nurullayev isə yaşlı icra başçılarının gənclərlə əvəz olunmasının effektivliyinə birmənalı yanaşmadığını vurğulayıb. O hesab edir ki, Azərbaycanda “gənc nəsil yaxşı işləyir, yaşlı nəsil pis işləyir” yanaşması özünü doğrultmadı:
“Hətta mən deyərdim ki, bu gün gənc nəsil yaşlılara rəhmət oxutdurur. Ona görə kadr islahatlarının bu tərzdə getməsindən razı deyiləm. Düşünmürəm ki, bu gün gənc nəslin irəli çəkilməsi, yeni icra başçılarının qoyulması bizə köhnələrin yaxşı işləmədiyini, yenilərin daha yaxşı olduğunu sübut etdi. Bunu görə bilmədim.
Söhbət gənc nəsildən və ya yaşlı nəsildən getmir. Yaxşı işləyən icra başçısı və pis işləyən var. Yaşın bu məsələyə dəxli yoxdur. Gəncləşmə bir növ kampaniyaya çevrildi və Azərbaycanın zərərinə işlədi. Bu gün deyə bilərəm ki, yeni vəzifəyə təyin olunanların gördüyü işlər əksərən nəticəsizdir”.
Deputatın fikrincə, kadrların yaxşı işləməsi üçün onlara sərbəstlik verilməlidir: 
“Hər bir şəxsin yaradıcılığını, potensialını ortaya qoyması üçün imkan olmalıdır. Mən gənc nəsli də çox qınamaq istəmirəm. Amma 10-15 yerdən tapşırıq, göstəriş almaq yaxşı nəticə verməyəcək. Təyin olunan icra başçısı çaş-baş qalır, bilmir kimin tapşırığını etsin.
Köklü islahatlara ehtiyac var. Azərbaycanda hakimiyyətin bu və ya digər şəkildə müxalifətlə bölüşdürülməsi, müxalifətin dövlət strukturlarına inteqrasiyası təmin edilməlidir. Azərbaycanda gələcək kataklizmlərdən müdafiə üçün dövlətçiliyin, demokratik təsisatların inkişafı lazımdır. Bu prosesdə müxalifətin də gücündən istifadə etmək olar. Hazırda kadr islahatı altında həyata keçirilən vəzifə bölgüsünü yalnız yerdəyişmə kimi qiymətləndirirəm.
Tutaq ki, dedik, Zakir Fərəcov yaxşı işləmir, o da getsin. Yerinə gələn nə edəcək, işi ilə başımıza tac qoyacaq?! Ona görə, mən belə düşüncələrə qarşıyam. Zakir Fərəcovun gözəl işləri də var, müəyyən səhvləri də olub. Amma mən qorxuram ki, Zakir Fərəcov çıxarılsa, yerinə təyin olunan onun ölənlərinə rəhmət oxutdurar. Məsələ kadrda deyil, iş sistemini dəyişmək lazımdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar