Xəbər lenti
ŞOK İDDİA! Gözəllik salonlarında xanımlara narkotik vasitə təklif edilir AÇIQLAMA

Manevr.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, tərəfimizdən daxil olan məlumatlar əsasında əməliyyat tədbirləri həyata keçirilib:
“Hər hansı gözəllik salonunda xanımlara narkotik vasitələrin təklif olunması ilə bağlı bu günə qədər məlumat yoxdur. Hələ ki, bu fakta rast gəlinməyib. Daxil olan məlumatlar mütəmadi yoxlanılır”.
Eyni zamanda, ölkə daxilində narkotik vasitə hazırlanan laboratoriyaların olduğuna dair iddiaların da yayıldığını deyən A.Qafarov bunun da həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb:
“Ötən il məlumat yayılmışdı ki, xaricdən gəlib burada narkotik istehsal edirlər. Araşdırmalar aparıldı və bu kimi məlumatların həqiqəti əks etdirmədiyi sübuta yetirildi”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar