Xəbər lenti
“SÜBHNUR" tədris mərkəzində “20 yanvar – qanlı gecə” adlı tədbir keçirildi - Şəkillər

Tədbirdə vurğulandı ki, Azərbaycan öz ölkəsinin azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəmanların ölkəsidir. Azərbaycan torpağı şəhid qanı ilə sulanmış Vətəndir.
Qeyd olundu ki, Azərbaycan müstəqilliyinə doğru ilk və ən böyük addımını atdığı gündən-1990-cı il yanvarın 20-dən düz 32 il ötür. "Sübhnur" Tədris Mərkəzinin kollektivinin xüsusi tədbiri – 20 Yanvar şəhidərinin xatirə gününə həsr olunmuş ədəbi-bədii gecə də bu münasibətlə keçirilmişdir.
Tədbir açıq elan olunandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Bundan sonra, həmin gecə şəhid olan vətən oğulları və qızlarının, eləcə də bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.


Bundan sonra, qazi Ramin, qazi Ruslan və şəhid Əli Məmmədzadənin anası da tədbirdə cixiş etdilər.
Daha sonra 20 yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videorolik nümayiş etdirildi.
Sonda şagirdlər şeirlər söylədilər, həmçinin Cəbrayil rayonunun Mehdi Mehdizadə adına orta məktəbin 6 b sinif şagirdi Mələkxanım Əsgərova Şəhid mahnısını səsləndirdi.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar