Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

DİN-dən HƏYƏCAN TƏBİLİ: narkotiki əvvəlcə pulsuz təklif edirlər, sonra...

Tarix: 22-01-2022 20:54     Baxış: 3152 A- / A+


“Bizə tez-tez müraciətlər daxil olur ki, həyat yoldaşım, övladım və ya yaxınım narkotik vasitə istifadəçisidir. Biz onlarla profilaktik söhbət edirik. Lakin, onların üzərindən aşkarlanan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda o şəxslər istintaqa cəlb edilir.”

Manevr.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov AzTV-nin efirində yayımlanan “Gəncsən” verilişində çıxışı zamanı deyib.
Polis mayoru bildirib ki, biz narkotik vasitə istifadəçiləri ilə profilaktik söhbət aparan zaman narkotik maddələri haradan əldə etdiyini dəqiqləşdirməyə çalışırıq:
“Bu istiqamətdə həyata keçirilən tədbirlər də məhz narkomaniya ilə mübarizəyə xidmət edir. Narkotik vasitələrin satışını həyata keçirən şəxsləri müəyyən edərək istintaqa cəlb edirik. Elə olur ki, narkotik maddə istifadəçilərinin özləri də istintaqa cəlb edilir. Çünki onların üzərində olan narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından çox olduqda bu məsuliyyət yaradır.
Bu insanlar istintaq təcridxanalarına göndərilirlər və bir müddət orada qaldıqdan sonra qayıdırlar. Məhkəmə prosesinə qədər olan 2-3 ay müddətində narkotik maddə istifadəçisinin vəziyyətinin müsbətə doğru dəyişdiyini ilk baxışdan belə görmək mümkün olur. Təbii ki, bu onu göstərir ki, onların narkotik maddələrdən asılılığı nisbətən də olsa azalır. Həmin insan məsuliyyətə cəlb edilib, cəzasını çəkir. Təəssüf olsun ki, azadlığa çıxdıqdan sonra yenidən narkotik maddə istifadəsinə qayıda bilir. Bizi məyus edən odur ki, cəzasını çəkdikdən sonra cəmiyyətə daha faydalı fərd olanlarla müqayisədə yenidən bu yola qayıdanlar nisbətən daha çoxdur. Bizim əsas iş prinsipimiz, maarifləndirici tədbirlərimiz sosial şəbəkə üzərindən gənc nəslə yönəlib. Onları narkomaniyadan uzaq durmağa, maksimum diqqətli olmağa çağırırıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar