Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həyat yoldaşına zorakılıq edənlər həbs ediləcəklər

Tarix: 21-01-2022 17:51     Baxış: 3184 A- / A+


Azərbaycanda məişət zəminində zorakılığa görə yeni cərimələr və cəzalar müəyyən edilir.

Manevr.az bildirir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Məcəllənin 158-ci maddəsinə (Məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulması) edilən dəyişikliyə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq edilir.
Hazırkı maddədə isə bu əməllərə görə yalnız yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq edilir.
Digər dəyişikliyə əsasən isə məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya altmış saat ictimai işlər və ya xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla üç ayadək inzibati həbs tətbiq edilir.
Hazırda isə bu əmələ görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar