Xəbər lenti
Ukrayna ilə əməkdaşlıq daha uğurlu perspektivlər vəd edir
Prezident İlham Əliyevin yanvarın 14-də Azərbaycanın strateji tərəfdaşı olan Ukraynaya işgüzar səfəri inanıram ki, münasibətlərimizin sürətli inkişafına təkan verəcək. Bundan sonra iki ölkənin əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq.
Bildiyimiz kimi Azərbaycan və Ukrayna xalqları arasında ənənəvi dostluq münasibətləri uzaq tarixə söykənir. Uzun illər Sovet İttifaqının tərkibində olan respublikalarımız həmin dövrdə də sıx əlaqələrə malik olublar. Müstəqilliyin bərpasından sonra həm Azərbaycan, həm də Ukrayna üçün strateji maraqlara cavab verən qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açılıb.
Xalqlarımız arasında əlaqələrin böyük tarixi var və biz bu əlaqələri qoruyuruq. İllərdir ki, Kiyevin mərkəzində ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi ucalır. Bakıda isə Ukraynanın böyük oğlu Taras Şevçenkonun heykəli qoyulub. Eyni zamanda, ən böyük meydanların biri Ukrayna adını daşıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə Kiyevdə, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına dair Anlaşma Memorandumu imzalanıb. Ötən sentyabr ayında isə Xarkovda mütəfəkkir şairimizin abidəsi qoyulub.
Azərbaycan Prezidentinin 2008-ci ilin may ayında Ukraynaya səfəri çərçivəsindən “Azərbaycan Respublikası və Ukrayna arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə” imzalanmış və həmin sənəd gələcək əməkdaşlıq istiqamətlərində əhəmiyyətli rol oynamışdır. Ümumilikdə iki ölkə arasında münasibətlərin hüquqi bazasını formalaşdıran 155 sənəd imzalanmışdır. Ukrayna hər zaman Azərbaycanın yanında olub. Biz bunu Azərbaycanın 44 günlük Vətən müharibəsində də gördük. Ukrayna dövləti daim Azərbaycanın haqlı mübarizəsini dəstəklədi, Ukrayna mətbuatı müharibə haqqında obyektiv məlumatlar yaydı.
Sənaye mərkəzi Sumqayıtla Ukrayna şəhərlərinin əlaqələri daim sıx olub. Çerkassı Sumqayıtla qardaşlaşmış şəhərlərdən biridir. Bizim gənclik şəhərində Çerkassının, orada isə Sumqayıtın adını daşıyan küçələr var. Rəhbərlik etdiyim və Sumqayıt şəhərində yerləşən “AzTERMOİZOL” ASC-nin də Ukrayna ilə əlaqələri var. Məlum Donbas münaqişəsindən əvvəl Donetsk şəhərindən dəfələrlə sifarişlər almışıq və sənaye obyektlərində mürəkkəb istilik-izolyasiya quraşdırma işlərinin öhdəsindən layiqincə gəlmişik.Digər mühüm layihələrdə fəal iştirak etmişik. Eyni zamanda Mariupol şəhəri sink-alüminium materialları üzrə bizim əsas təchizatçımız olub. Fəxr edirik ki, bu əməkdaşlığımızla xalqlarımızın dostluq tellərinin daha da möhkəmləndirilməsinə töhfələr vermişik...
Cənab İlham Əliyevin yeni ildə ilk olaraq məhz Kiyevə xarici səfərə yollanması dövlət başçımızın diplomatik cəsarət və qətiyyətinin nümunəsidir. Məsələ burasındadır ki, 30 ilə qədər torpaqlarının 20 faizi işğal altında olmuş ölkəmizin rəhbəri Vətən müharibəsində möhtəşəm Qələbədən sonra Krım və Donbasla bağlı ərazi problemi olan Ukraynaya səfəri ilə həm də bu ölkəyə həmrəyliyini nümayiş etdirmiş oldu. Bu səfər eyni zamanda dost Ukrayna xalqı üçün Azərbaycanın geopolitik məsələlərdə təcrübəsindən yararlanmaq və sabit, müstəqil inkişafa nail olmaq baxımından əhəmiyyətli idi.
Səfər zamanı ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığının daha da genişləndirilməsi nəzərdən keçirilib. Prezidentlər İlham Əliyev və Volodimir Zelenski bu yöndə bir sıra sahələri əhatə edən sənədlər imzalandıqdan sonra mətbuat üçün bəyanatlarında qeyd ediblər ki, tərəfdaşlığın geniş aspektləri və perspektivləri var. Həmin gün kənd təsərrüfatı, nəqliyyat, energetika, ticarət sahələrində əlaqələri daha da intensivləşdirmək barədə altı mühüm sənəd qəbul edilib.
Əldə olunan razılıqlar Azərbaycana özünün ərzaq təhlükəsizliyini daha da artırmaq imkanı verəcək. Bu isə dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir. Prezident İlham Əliyev Kiyevə səfərindən iki gün öncə yerli telekanallara verdiyi müsahibəsində də bu məsələ üzərində ətraflı dayanıb və ölkəmizdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı davamlı addımların atıldığını vurğulayıb. Səfər zamanı aqrar sahədə emal və eksportla bağlı birgə fəaliyyətin əsası qoyulub.
Ukrayna üçün isə enerji təchizatı üzrə əlaqələrin genişləndirilməsi xüsusi önəm daşıyır. SOCAR-ın dost ölkədə öz fəaliyyətini genişləndirmək əzmi Ukraynada hərtərəfli dəstəklənir.
Onu da vurğulamaq istəyirik ki, Azərbaycanın Ukraynadakı diaspor təşkilatı da çox yaxşı işləyir və orada yaşayan azərbaycanlıları həmişə dəstəkləyir. Azərbaycanlılarla, ukraynalıların arasında həmişə dostluq əlaqələrinin inkişafına köməklik edir.
Şakir HƏSƏNOV,
“AzTermoizol” ASC-nin sədri,
“Əmək” ordenli, “Tərəqqi” medallı,
“Sokrat” beynəlxalq mükafatı laureatı

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar