Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Külli miqdarda narkotiki götürüb Şamaxıya "istirahətə" getdi

Tarix: 20-01-2022 09:26     Baxış: 4220 A- / A+
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı xarici ölkə vətəndaşından onlayn yolla narkotik vasitə alan şəxs tutularaq məsuliyyətə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağdam rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər də məhkum olunmuş Sərdar Əsgərov saxlanılıb.Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində daşıdığı 700 qrama yaxın narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində onları sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla aldığını, Şamaxıya isə gəzmək məqsədilə gəldiyini bildirib.
Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar