Xəbər lenti
20 Yanvar faciəsi ilə bağlı təhrif olunan tarixi fakt düzəldildi
Rus dili dərsliyində 20 Yanvar faciəsi ilə bağlı təhrif olunan tarixi fakt düzəldilib.
Manevr.az xəbər verir ki, bu barədə report-a “Şərq-Qərb” nəşriyyatından bildirilib.
Qeyd olunub ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir:
"Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir.
Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanan dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.
20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar