Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Manevr.az bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Vəsaitin 1238,8 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.
Həmçinin, keçən ilin iyul ayından etibarən Xidmət əmək qanunvericiliyi ilə bağlı geniş maarifləndirmə məqsədi ilə işəgötürənlərlə onlayn görüşlərə başlayıb. 30 onlayn görüşdə 2000-dən çox işəgötürən iştirak edib.
Xəbər lenti
Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar