Uzun illərdir Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrini özününküləşdirməyə çalışan Ermənistan bizə məxsus milli yeməkləri də öz adına çıxarır. Dəfələrlə belə halların şahidi olmuşuq. Hətta onların çap etdirdikləri kitablarda da göstərilən yeməklərin demək olar ki, əksəriyyəti bizim mətbəxə aiddir. Müxtəlif dillərdə nəşr olunan bu kitablar vasitəsilə Ermənistan kulinariyasının təbliğatı aparılır.
Manevr.az xəbər verir ki, verilişlərin birində aparıcı ilə Ermənistanın məşhur müğənnilərindən olan Emmi Becanyan arasında keçən bu dialoq əslində Ermənistanın mətbəx saxtaxarlığının ən bariz nümunəsidir. Görüntülərdən də aydın olur ki, dolmanı öz milli yeməyi sayan erməni müğənni bu yemək haqqında bir kəlmə də danışa bilmir.
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyir ki, Azərbaycan mətbəxinin ermənilər tərəfindən mənimsənməsi 1940-ci illərdən başlayıb. Onun sözlərinə görə, ermənilər bunu mətbəximiz haqqında geniş məlumatlar toplayaraq reallaşdırıblar. Onlar müxtəlif dillərdə kitablar çap edərək bizə məxsus milli yeməklərin onlara məxsus olduğuna inandırmağa çalışıblar.
Tahir Əmiraslanov deyir ki, erməni kulinar Boqos Piranyanın 1914-cü ildə erməni dilində nəşr olunmuş “Gənc aşpaz” kitabında 243 yemək resepti göstərilsə də, aralarında erməni yeməklərinə aid heç nə yoxdur. Onun sözlərinə görə, peşəkar aşpazın erməni tələbələr üçün yemək kitabı yazaraq erməni mətbəxindən bir dənə də olsun yemək reseptini təqdim etməməsi ümumiyyətlə Ermənistan mətbəxinin saxtakarlıq üzərində qurulmasını göstərir.
Tahir Əmiraslanov deyir ki, bundan sonra da bütün beynəlxaq platformalarda Ermənistanın saxtakarlıqlarına qarşı mübarizə aparılacaq.
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar