Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sığınacaqdan qaçan 11 yaşlı uşaq dispanserə yerləşdirildi - RƏSMİ

Tarix: 15-01-2022 21:33     Baxış: 5183 A- / A+
Küçədə qalan uşaq
Bakıda yerləşdirildiyi sığınacaqdan qaçan 11 yaşlı uşaq tapılıb.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.
Onun sözlərinə görə, sığınacaqdan qaçan 11 yaşlı uşağın axtarışları 3 gün davam edib:

“Uşaq bu gün Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların Profilaktik İşinin Təşkili Şöbəsinin əməkdaşları, eləcə də Yasamal rayon 27-ci Polis Bölməsi əməkdaşlarının axtarışları nəticəsində tapılıb.
O, Səhiyyə Nazirliyinin tabeçiliyində olan 1 saylı Ruhi Əsəb Dispanserinə yerləşdirilib”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən lent.az-a verilən məlumatda isə yanvarın 13-də sözügedən uşaqla bağlı fotolar yayıldıqdan sonra araşdırmalara başlanıldığı bildirilib:
“Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırılmalara başlanılıb. Keçirilən müvafiq tədbirlər nəticəsində dəfələrlə müalicə olunması üçün dövlət qurumları tərəfindən xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, oradan qaçan 11 yaşlı R.Məmmədov paytaxt ərazisində tapılıb.
Müalicə alması üçün onun aidiyyəti qurumlarla birgə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi təmin edilib”.
Qeyd edək ki, bir neçə gün əvvəl “Nizami” metrostansiyası yaxınlığında küçədə yatan 11 yaşlı uşağın dəfələlər yerləşdirildiyi sığınacaq və xəstəxanalardan qaçdığı və narkotik aludəçisi olduğu ilə bağlı məlumatlar yayılmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar