Xəbər lenti
İslam və Astronomoya
Dünyanın yaranması haqqında ilkin təsəvvürlər şərq xalqlarına məxsus olsa da orta əsrlərdə Avropa alimləri Dünyanın geoloji yaranışını, tamaqrafiyasını habelə suyun necə meydana gəldiyini izah etmişdirlər.
Yer kürəsində suyun meydana gəlməsi 3-4 mlrd il əvvələ dayanır. Belə ki, H2O tərkibli su dünyaya meteoridlərin mədaxilindəki maye vasitəsi ilə gəlmişdir. Bu fikir Avropada XVIII-XIX əsrlərdə irəli sürülsə də Şah İsmayıl Xətai bu fikri XVI əsrdə öz şeirində qeyd etmişdir.
Gövhəri ab eylədim tutdu cəhanı sərbəsər
Yeri göyü ərşi-kürsi yaradan səttar idim.
Gövhər sözü bəzən qiymətli daş bəzən də adi daş olaraq izah olunur. Şeirdə o sözün mənası meteroid daşı mənasındadır. Ab sözü isə su deməkdir. Xətai burda qeyd edir ki, Meteroidin daxilindəki suyu yer kürəsinə gətirib dünyanım 2/3 hissəsini su edən Allahın nişanəsiyəm. Əlavə məlumat olaraq qeyd edək ki geoloq alimlər və astronomlar deyir ki, dünyada yaşamın birçox şeyi sudan yaranmışdır. Halbuki, bu fikri Avropa alimlərindən habelə Xətaidən öncə Hz.Əli(ə) demişdir. Buyurur: Dünyanın yaranması sudan olmuşdur. İslamdan öncə qədim yunan filosofu Tales də bu fikri söyləmişdir. Onun nəzəriyəsi budur ki, dünya sudan yaranmış və bütün dəyişikliklər o ünsürlərin nəticəsindən yaranmışdır ki, suda təsir qoyur. O deyir, kiçik və böyük daşlar havanın dəyişilməsi nəticəsində yaranmışdır. Hava buxardan yaranmış sudur, buludlar isə buxar toplumudur. Od, su toplumunun bir- biriylə toqquşduğundan yaranır...
Qurani Kərimin Hud surəsi 7-ci ayəsi də buyurulur:
وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِنْ قُلْتَ إِنَّكُمْ مَبْعُوثُونَ مِنْ بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri taxtı suyun üzərində olan halda, altı mərhələdə yaradan odur.
Avropa Geoloqlarının fikrincə Yer kürəsində havanın yaranması yeni yaranmış sudan qalxan buxarın hesabına olmuşdur. Bu fikir tamamilə doğrudur. Lakin bu fikri 7-ci əsrdə Hz. Əli(ə) Nəhcü-Bəlağədə buyurmuşdur:
O zaman ki, Allah göyü yaratmaq istədi küləklərə əmr etdi, dənizləri bir- birinə vursun ki, külək yaransın. Bu dalğa və köpüklər ki, suyun üzərində idi onlardan odsuz tüstü qalxdı, Allah o tüstüdsən göyləri yaratdı. İbni Meysəm, Nəhcül- bəlağənin şərhi, cild 1, səh 138.
Tanrıverdi Əliyev
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar