Xəbər lenti
Külək elektrik stansiyası neçə evi işıqlandıracaq?
Bu gün Azərbaycanda qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının təməli atılacaq. Külək elektrik stansiyasının tikintisi tam xarici sərmayə hesabına həyata keçiriləcək.
Bu stansiya Səudiyyə Ərəbistanın "ACWA Power” şirkəti tərəfindən inşaa olunacaq. Külək elektrik stansiyasının tikintisinə dair razılaşma 2020-ci ilin dekabrın 29-da Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə "ACWA Power” şirkəti arasında imzalanıb.
Bəs, 240 MVt gücü olan bir stansiya ildə nə qədər elektik enerjisi istehsal edə bilər?
Texniki cəhətdən 1 MVt gücündə olan stansiya il ərzində maksimum 8,76 milyon kVt/saat elektrik enerjisi istehsal edə bilər. Bu qədər enerjinin istehsalı üçün stansiya ilin bütün günlərində 24 saat işləməlidir. Nəzəri baxımdan istilik elektrik stansiyalarının bu rejimdə işləməsi mümkündür. Amma külək elektrik stansiyaları belə imkana sahib deyil. Stansiya yalnız küləkli günlərdə işləyə bildiyindən onun istehsal imkanı iş intensivliyi ilə müəyyənləşir.
Dünyada hazırda ən yüksək göstərici Çindədir. Bu ölkədə külək stansiyaları 45-48 faiz iş intensivliyinə malikdir. Yəni, burada 1 MVt-lıq gücü olan stansiya ildə 3,94 milyon kVt/saat elektrik enerjisi istehsal edir.
Avropada və ABŞ-da isə bu göstərici 9-12 faizdir.
Azərbaycanda stansiya Abşeronda yerləşəcək. Çünki güclü küləkli günlərin sayına görə ölkəmizdə birincilik bu ərazidədir. Abşeronun elə yerləri var ki, burada küləkli günlərin sayı 140-220 gündür. Buna görə də deyə bilərik ki, yeni stansiya il ərzində maksimum gücünün 30-40 faizi qədərində elektrik enerjisi istehsal edə biləcək.
Stansiyanın gücünün 240 MVt olduğunu nəzərə alsaq, il ərzində stansiya 630 milyon kVt/saat elektrik enerjisi istehsal etmək imkanına sahibdir. Bu qədər elektrik enerjisi ilə 120-140 min mənzili elektrik enerjisinə olan ehtiyacını ödəmək mümkündür.sfera.az
Bəs, 240 MVt gücü olan bir stansiya ildə nə qədər elektik enerjisi istehsal edə bilər?
Texniki cəhətdən 1 MVt gücündə olan stansiya il ərzində maksimum 8,76 milyon kVt/saat elektrik enerjisi istehsal edə bilər. Bu qədər enerjinin istehsalı üçün stansiya ilin bütün günlərində 24 saat işləməlidir. Nəzəri baxımdan istilik elektrik stansiyalarının bu rejimdə işləməsi mümkündür. Amma külək elektrik stansiyaları belə imkana sahib deyil. Stansiya yalnız küləkli günlərdə işləyə bildiyindən onun istehsal imkanı iş intensivliyi ilə müəyyənləşir.
Dünyada hazırda ən yüksək göstərici Çindədir. Bu ölkədə külək stansiyaları 45-48 faiz iş intensivliyinə malikdir. Yəni, burada 1 MVt-lıq gücü olan stansiya ildə 3,94 milyon kVt/saat elektrik enerjisi istehsal edir.
Avropada və ABŞ-da isə bu göstərici 9-12 faizdir.
Stansiyanın gücünün 240 MVt olduğunu nəzərə alsaq, il ərzində stansiya 630 milyon kVt/saat elektrik enerjisi istehsal etmək imkanına sahibdir. Bu qədər elektrik enerjisi ilə 120-140 min mənzili elektrik enerjisinə olan ehtiyacını ödəmək mümkündür.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar