Xəbər lenti
Qətlə görə həbs olunan milyonçu vəfat etdi

Bu barədə onun vəkili Çip Lyuis məlumat yayıb.
Durstun ölümünə ürək dayanması səbəb olub. O, müayinə üçün həbsxanadan aparıldığı San Xoakin xəstəxanasında dünyasını dəyişib.
2021-ci ilin sentyabrında andçılar heyəti üç günlük müzakirədən sonra milyonçunu 2000-ci ildə yaxın tanışı Syuzan Bermanın qətlində təqsirli bilib. O, ömürlük həbs cəzasına məhkum edilib. Daha sonra milyonçu koronavirusa yoluxub və süni nəfəs aparatına qoşulub. Oktyabr ayında Nyu York Ştat Prokurorluğu Darstı həyat yoldaşının qətlində ittiham etib.
Qeyd edək ki, 2015-ci ildə "The Jinx: The Life and Deaths of Robert Durst" sənədli serialının çəkilişləri zamanı o, bilmədən bir neçə qətli etiraf edib. Milyonçu mikrofonu çıxarmadan vanna otağına keçərkən "Yaxşı, bu qədər. Səni tutdular. Nə etdim? Hamısını öldürdüm", -deyə bildirib.
Həmin ilin mart ayında Darst Luiziana ştatının Nyu Orlean şəhərində həbs olunub. Uzun illər ərzində o, Bermanı kimin öldürdüyü barədə "heç bir fikri olmadığını" və birinci arvadının başına nə gəldiyini bilmədiyini deyib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar