Xəbər lenti
Bu gün hücum əmri verilə bilər: 100 min hərbçi hazırdır - Kritik saatlar...

Manevr.az metbuat.az-a istinadən xəbər verir ki, bu gün İsveçrədə ABŞ və Rusiyanın yüksək rütbəli diplomatları bir araya gələcək. "France-Presse" agentliyinin məlumatına görə, görüş zamanı prezident Vladimir Putinin tələb etdiyi "təhlükəsizlik zəmanəti" məsələsi və Ukrayna ətrafındakı vəziyyət müzakirə ediləcək. Bildirilir ki, danışıqların nəticəsindən asılı olaraq, Putinin Ukraynaya müdaxilə əmrini verib-verməyəcəyi dəqiqləşəcək.
Məlumata görə, diplomatlar şam yeməyində artıq bir araya gəliblər. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov danışıqlardan ümidli olduğunu ifadə edib. Görüşdən əvvəl açıqlama verən ABŞ-ın Dövlət katibi Antoni Blinken isə bildirib ki, Rusiya Ukraynanın başına sərhəddə 100 min hərbçi ilə silah dayadığına görə, nəticə əldə etmək çox çətindir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar