Sizin Reklam Burada
Xəbər lenti
04-03-2025
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə sakini Ginnesin “Rekordlar” kitabına düşən azərbaycanlı ilə yarışmaq istəyir - ŞƏKİL

Tarix: 09-01-2022 15:31     Baxış: 4262 A- / A+
Türkiyə sakini Ginnesin “Rekordlar” kitabına düşən azərbaycanlı ilə yarışmaq istəyir (FOTO)
Türkiyənin Sakarya əyalətinin Karasu rayonunun sakini Süleyman Dəmirçi adı Ginnesin "Rekordlar” kitabına düşmüş Azərbaycan əsilli Etibar Elçe Marneulinin göstəricilərini qabaqlayıb.
Manevr.az bildirir ki, bu barədə "report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Süleyman Dəmirçi hələ bir neçə il əvvəl təsadüfən dəmir əşyalarının bədəninə yapışdığını hiss edib.
Qeyd edilir ki, onun bədəni müxtəlif dəmir əşyaları maqnit kimi özünə çəkir. Dəmirçi qeyri-adiliyi ilə vətəndaşların da diqqətini cəlb edib. Rayonun "ən cəlbedici adamı” adlandırılan Dəmirçi bədəninə bağladığı 50 qaşıqla adını Ginnesin Rekordlar Kitabına yazdıran Azərbaycan əsilli Etibar Elçe Marneulinin rekordunu üstələyib.
Hələ 2014-cü ildə əlindən düşən alışqanın bədəninə yapışması nəticəsində orqanizminin xüsusiyyətini başa düşən Dəmirçinin bədəninə gümüş, qızıl, şüşə, daş, sikkə, metal qaşıqlar və digər müxtəlif əşyalar yapışır.
Xüsusiyyəti ilə görənləri təəccübləndirən Dəmirçi "təkcə metal əşyalar deyil, ağac, gümüş, daş nə varsa, hamısı bədənimə yapışır. Bir dəfə cəhd etdim, bədənim 90 qaşıq tutdu”, - deyə bidirib.
"Azərbaycan əsilli Etibar Elçe Marneuli 50 qaşıqla "Rekordlar” kitabına düşüb. "Rekordlar” kitabının tərtibatçılarını Karasuya dəvət edirəm, onu keçsin. Gəlsinlər, onlara əyani nümayiş etdirim. Çoxlu sürprizlərim var”, - deyib.
Xatırladaq ki, Azərbaycan əsilli Etibar Elçe 2011-ci ildə bədəninə yapışdırdığı 50 dəmir qaşıqla kanadalı Aaron Cayissiyenin 17 qaşıqlıq rekordunu qırıb.






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar