Xəbər lenti
Prezidentliyə namizəddən qəribə vəd: “Saç əkdirmək pulsuz olacaq”

Mübahisə hakim Demokratlar Partiyasının prezidentliyə namizədi Li Je Myonun “pulsuz saç əkilməsi” vədindən sonra yaranıb.
O, hər beş nəfərdən birinin saç tökülməsindən əziyyət çəkdiyi ölkədə, saç əkmə müalicələrinin milli səhiyyə sığortası tərəfindən qarşılanmalı olduğunu deyib. Partiyanın iclasında çıxış edən Li saç tökülməsinin qarşısının alınması müalicəsinin “bədən bütövlüyü” prinsipi çərçivəsində sığorta ilə təmin edilməsi lazım olduğunu və ölkədə təxminən 10 milyon insanın bu problemlə üzləşdiyini bildirib.
Siyasətçi sosial şəbəkədə canlı yayım zamanı isə bunu deyib: “Saç tökülməsinə qarşı müalicələrdə nədən narahat olduğunuzu və hansı qərarın lazım olduğunu bizə bildirin. Saç tökülməsinə qarşı mükəmməl siyasət təqdim edəcəyəm”.
Li bu açıqlaması ilə keçəllik problemi olan insanlardan böyük dəstək alıb. Amma bu vədinə görə həm də milli tibbi sığorta sistemini riskə atmaqda ittiham olunur. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar