Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dövlət icbari şəxsi sığorta üzrə xidmətlər elektronlaşdırılacaq

Tarix: 08-01-2022 15:04     Baxış: 4134 A- / A+


Dövlət icbari şəxsi sığorta üzrə xidmətlər elektronlaşdırılacaq
Dövlət icbari şəxsi sığorta üzrə xidmətlər elektronlaşdırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin Fərmanına əsasən bu ilin əvvəlindən hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası üzrə fəaliyyət, həmin sığorta vəsaitlərinin idarə edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir.

Köklü islahatlar çərçivəsində yaxın vaxtlarda bu sahədə bütün xidmətlər elektronlaşdırılacaq, sığorta ödənişlərinin proaktiv təyinatı sistemi işə salınacaq.

Fondun 2021-ci il üzrə fəaliyyətinin yekunlarına və qurumun qarşısında duran vəzifələrə həsr olunmuş iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu məqsədlə elektron infrastrukturun formalaşdırılacağını, 2022-ci il iyulun 1-dək “Dövlət icbari şəxsi sığorta” altsisteminin qurulacağını bildirib.

Nazir ümumilikdə bu sahədə innovativ həllərin geniş tətbiqinin və optimal idarəçiliyin, müasir, operativ və şəffaf xidmətlərin təşkilinin, sığorta ehtiyatlarının yaradılması, artırılması və bu ehtiyatdan səmərəli istifadənin əsas prioritetlər olduğunu deyib. Həmin ehtiyatdan səmərəli istifadə nəticəsində formalaşan gəlirlərin şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə yönəldiləcəyini qeyd edib.

İclasda bildirilib ki, dövlət başçısının Fərman və Sərəncamları ilə ölkəmizdə bu ilin əvvəlindən yeni sosial islahat reallaşdırılmaqla 2,1 milyon insanı əhatə edən pensiya, əməkhaqqı, müavinət və təqaüdlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 1,5 milyard manat ayrılıb. DSMF tərəfindən sosial təminat növləri üzrə bütün ödənişlərin qeyd edilən artımlarla birgə müvafiq qrafik əsasında hər ay vaxtlı-vaxtında ödənilməsi təmin ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar